Cəmiyyət

Günün qoroskopu: Pozitiv olun, bədbin fikirlərdən uzaq duru

16 İyul 2019 00:01
61 Şərh     Baxış: 10 011

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Günün ilk yarısında xırda problemlər nigaranlıq yaradacaq. Çoxdan bəri həllini tələb edən məsələ yenidən gündəmdədir. Tələsik davranmayın, düşünülməmiş qərarlar verməyin. Ünsiyyətdə əsla qarşı tərəfə təzyiq göstərməyin.

Günün ikinci yarısında mübahisəli məsələlərin çözülməsini bir qədər ertələyin.

Fəaliyyət arealında qayda yaradın. Vədlərə əməl edin. Borcların bir qismini qaytarın. Şəxsi münasibətlərə yetərincə vaxt ayırın.

Axşam saatlarında planlar qəflətən dəyişə bilər.
 

Buğa - Emosional, gərgin gündür. Şəxsi planlarınızı reallaşdırmaq üçün müstəqil çalışaraq tək qala bilməyəcəksiniz. Yaxınlarınız sizdən diqqət gözləyirlər. Ailə üzvlərinin yardım istəklərinə soyuq yanaşsanız, münaqişə istisna deyil. Situasiyaya bir qədər fərqli baxın.

Günün ikinci yarısında ümidlər və gözləntilər real olmalıdır. Anlaşma uğurun yarısıdır.

Fəaliyyətin sırf maddi formatlı variantlarına üstünlük verin.

Emosional baxımdan stabil olun. "Arxa cəbhə"ni hazırlayın.

Axşam saatlarında əyləncəyə yollanın.

Əkizlər - Bilik və bacarıqlarınızı tam nümayiş etdirin. Ətrafınızdakı insanlar sizdən təşəbbüskarlıq, təşkilatçılıq bacarığının izharını və ümumi məqsədlərə çatmaq üçün pozitiv davranış gözləyirlər. Əhvalınızda kəskin dəyişikliklər ola bilər.

Günün ikinci yarısında hisslərə qapılmayın, illüziyalara aldanmayın. Baş verənlərin zahiri təzahürlərinə aldanmayın. Hirsli insan təsiri bağışlamayın. Fəaliyyət istiqamətində yeniliklər etmək olar.

Danışıqlar, müzakirələr, anlaşmalar və sövdələşmələr üçün əlverişli zamandır.

Cari vəziyyətdə effektiv olmayan əlaqələrdən imtina edin. Sürətli və dürüst qərarlar qəbul etməsəniz, vəziyyətə nəzarət imkanlarını əldən verəcəksiniz.

Xərçəng - Diqqət mərkəzində olacaqsınız. Narahatlıq və təlaşa qapılaraq fəsadları ağır ola biləcək səhvlərə yol verməyin. Emosiyalarınızın izharı üçün əlverişli vaxtdır.

Günün ikinci yarısında münasibətlərdəki problemləri aradan qaldırmaq üçün təşəbbüskar siz olun. Sözlər indi hisslərin düşmənidir. Gərgin situasiyadan çıxış yolunu daha fəal şəkildə arayın. Artıq-əskik danışan insandan uzaq durun. Dəyər verdiyiniz insanla münasibətləri inkişaf etdirin.

Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Emosiyalar sizi gərəksiz əşya almağa sürükləyə bilər.

Şir - Emosiyalarınız artacaq, hissləriniz aktivləşəcək. Öz mövqeyini absolyut həqiqət sayan insanlarla ehtiyatlı davranın. Yalnız peşəkar fəaliyyət müstəvisində mübahisələr etmək olar. Gərəkli məlumatı arayın, mürəkkəb məsələləri həll edin. İntellektual məsələnin çözümü zamanıdır.

Günün ikinci yarısında tərəfdaşlar və şəriklərin aktivliyini gərəkli istiqamətə yönəltmək olar. Maddi bazanızı möhkəmləndirin. Fiziki iş üçün əlverişli zamandır. Məqsədə mümkün qədər tez, sürətlə çatmaq üçün daha fəal olun.

Ailəniz sizə dəstək olacaq. Ümumi problemin həllinə başlayın.

Qız - Eyni vaxtda bir neçə işə başlamayın. Yalnız təcili həll tələb edən, cari məsələlərlə məşğul olun. Gecikmə, təxirəsalma, çalışdığınız insanların qeyri-dəqiqliyi istisna deyil.

Anlaşılmazlıq münaqişə vəziyyəti yarada bilər. Tələsməyin, qərarlarınızı götür-qoy edin.

Günün ikinci yarısında böyük, genişmiqyaslı işlərə start verməyin. Prioritetlər fərqlidir. Təfərrüatlar və detallar xüsusi əhəmiyyət kəsb edəcək.

Axşam saatlarında ətrafınızdakı insanları dinləməyi bacarın.

Tərəzi - Hadisələrə süni təkan verməyin. Spontan olayların məcrasında hərəkət etməyin. Bununla yanaşı, situasiyanı nəzarətdə saxlayın.

Yalnız öz maraqlarınızı düşünərək başqalarının mənafelərini kobud şəkildə qulaqardına vurmayın. Kollektiv fəaliyyət sayəsində daha sürətlə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında məqsəd və hədəfləri təftiş edin. Bundan sonrakı fəaliyyətinizin bəzi düzəlişlərə ehtiyacı var. Yeni məlumat, suallara cavablar peyda ola bilər.

Axşam saatlarında sakit ortamı seçin. Səhhətinizə fikir verin.

Əqrəb - Qarşınıza konkret məqsəd qoyubsunuzsa, plana uyğun hərəkət edin. Qətiyyətli, iradəli və əzmkar olun. Dürüst kursla irəlilədiyinizə əmin olun. Peşəkarlığınızı nümayiş etdirin. Situasiyanı tam kontrol altında saxlayın.

İşdə rəhbərliklə danışanda laübəli ifadələr işlətməyin.

Günün ikinci yarısında situasiyaya aktiv qatılın. İradənizin ziddinə olaraq hansısa proseslə bağlı fikir bildirməyin. Başqalarının işlərinizə kobud müdaxilələrinə imkan verməyin.

Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın.

Oxatan - Tələskənliyə yol verməyin, aramla çalışın. Qərarların qəbulunda müstəqil olun. Muxtariyyətdə xeyir var. Müəyyən addımları ətrafınızdakı insanlarla razılaşdırmalısınızsa, emosional amilləri mütləq nəzərə alın. Vurnuxma ən asan, ən rahat işi korlaya bilər.

Günün ikinci yarısında diskussiyalardan yaxa qurtara bilməyəcəksiniz. İşinizdən həzz almağa çalışın.

Şəxsi münasibətlərdə aktiv maraq formalaşır. Əvvəlcədən formalaşmış davranış modelinin çərçivələrindən kənara çıxmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq - Pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik etməyin. Ailə qayğıları və məişət işlərini ön plana çıxararaq bilavasitə məşğul olmanız gərəkən məsələləri unutmayın. Alış-veriş üçün münasib zamandır.

Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın.

Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər.

Dolça - Daşınmaz əmlak və ərzaqla bağlı əməliyyatlar uğurlu nəticə verə bilər. Əldə etdiyiniz nailiyyətlərinizin ətrafınızdakı insanlar tərəfindən təqdirini gözləməyin. Kimsəyə fikir vermədən irəliləyin. Statusunuzu artırın, mövqelərinizi möhkəmləndirin.

Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın. Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin.

Balıqlar - Rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Yaşam arealının rekonstruksiyası üçün əlverişli zamandır. Psixoloji amillərə diqqətli yanaşın.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin.
 

Milli.Az

loading...

Şərh yaz:

61 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 İyul 00:0230

    Sabahiniz uqurlu ve maraqli olsun

    Cavab yaz
    • Anonim
      Esmer · 16 İyul 08:3800

      Seninle bahem Esracan

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 İyul 08:4911

        Can Esmərimmm canim Esmərim.

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 İyul 00:0340

    Status-Allah dağa görə qar,Gülə görə tikan,gücə görə yük verir.İmana göreee İmtahan verir.

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 16 İyul 08:1720

      Like

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 İyul 00:0461

    Status-Arinin qarninda bal, quyruqunda sancan iynesi olur Hec birin bir birine qarisdirmayak Allah da haqqimizi nahaqqimiza qarisdirmar.

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 16 İyul 08:1730

      Like

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 İyul 08:2600

        :)))

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 16 İyul 08:4810

          Qonsu bunlari özümden yazmamisam haaaa :)))

          Cavab yaz
          • Anonim
            Fizuli Şirvanlı · 16 İyul 08:5610

            hiss edirəm sizin əhsulunuz deyil)

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 16 İyul 09:1010

              Offf yaaaa, qonşuu kii qonşu daaaa )))

          • Anonim
            Fizuli Şirvanlı · 16 İyul 09:4610

            )))

            Cavab yaz
            • Anonim
              Zəhra · 16 İyul 10:3600

              Esram siz Fizuli məllimlə qonşusuz?

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 16 İyul 11:4210

              Eyni bolgede qalirik da Qaradaqda qaliriq ikimizde

            • Anonim
              Esrama · 16 İyul 12:0000

              Aaaa belə de. Lap yaxşı. Sən gedirsən həə???(((. Bizə yazmayacaqsan?(((

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 16 İyul 12:3310

              5-ci gün Allah qoysa Calisacam yazimm İnsallah orda nenemgilde yoxdu internet gerek mb goturem.Amma emilerim gilde var calisacam amma buradaki kimi omayacak Allaha and olsun indiden darixiram sizler ucunn dunenden nece girceyimi fikirlesiremmm

            • Anonim
              Esrama · 16 İyul 14:2500

              Cann bizdə darıxacağıq :((

            • Anonim
              Esrama · 16 İyul 14:2600

              Arada nənəşkaya da verəsən yazar. Ok?)))

    • Anonim
      Esmer · 16 İyul 08:3800

      Likeeeee Esra can

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 İyul 08:4900

        Cannnn :))

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 İyul 00:0431

    Vəəəəəəəəəə.Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun şipşirin olsun

    Cavab yaz
  • Anonim
    ???? · 16 İyul 00:0801

    Salam sabahiniz xeyir dostlar necesiz kef ehvaliniz gununuz xos ve gozel kecsin insallah Amin paxlavam sirinim sen necesen canim kef ehvalin canim canim zehram ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bu urekler senincun canim

    Cavab yaz
    • Anonim
      Esmer · 16 İyul 08:4000

      Sizinde Sabahınız xeyir Sual .Bey Xanım hansı olduqnu bılmırem ...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 İyul 09:0011

        Salam sabahin xeyir olsun ???? menim kefim ehvalimm əladıı 5-ci gün Allah qoysaa dincelmeye gediremmm Rayonaaa.Sabah alis verise gedecemmm kefim superdi sen necesennn?

        Cavab yaz
    • Anonim
      Zəhra · 16 İyul 10:3500

      Salam. Sabahın xeyir ???? Gizli dost. Çox sağol ❤️- ürəklər üçün. Kef əhval da əla. Şükür Allaha. Yaşayırıq

      Cavab yaz
  • Anonim
    Zəhra · 16 İyul 00:1511

    Sabahlarınız xeyir

    Cavab yaz
    • Anonim
      Esmer · 16 İyul 08:3900

      Seninde sabahın xeyir Zehracan ...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 16 İyul 09:0012

        Zehramm bahemmm canimmmm

        Cavab yaz
        • Anonim
          Zəhra · 16 İyul 10:3500

          ❤️❤️❤️❤️

          Cavab yaz
  • Anonim
    !!!!!!!!! · 16 İyul 08:4801

    Eşq .bir denizdi .Dalğalarında Cox aşiq bogulub batıb gedibdi Mehebbet .hisleri bir ağ vereqdı İlk sevgi imzasınnatıb gedibdi

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 16 İyul 09:0011

      Likee:)))))

      Cavab yaz
  • Anonim
    Esmer · 16 İyul 08:5800

    Salam Şemkirli balası necesen ? İşlerin necedi .deyesen işlerin coxdu hec yazmırsan .

    Cavab yaz
    • Anonim
      Şemkirli · 16 İyul 10:5600

      Salam Daglar Qizi Cox Sagoll Men yaxsiyam Sen Nenirsen necesen adam pullananda beledi da Kasiva kusva Salam vermir haa (((((((((((

      Cavab yaz
      • Anonim
        Esmer · 16 İyul 11:0500

        Sag ol menem da bele .he eledi da heyatın qanunu budu onsuz pulandın hec kimi saymırsan ))))

        Cavab yaz
  • Anonim
    Zəhra · 16 İyul 10:3600

    Salam Şəmkirli qardaşım. Necəsiz? İşlərinizdə uğurlar

    Cavab yaz
    • Anonim
      Şemkirli · 16 İyul 10:5800

      Salam Zehra cox Sagol Men yaxsi Sen necesen O qeder poxlava dediz ki Sene Yazanda Paxlava Zehra demek isdedim az qala ((((((((

      Cavab yaz
      • Anonim
        Zəhra · 16 İyul 11:5900

        :))))))))). Salam qardaş çox sağol. Yaxşıyam. Həəə mən də özümü paxlava kimi hiss edirəm;)))))). Bu gizli dost məni paxlava eləyib. Özüdə şirin :))). Ha h haaa

        Cavab yaz
  • Anonim
    Şemkirli · 16 İyul 11:2700

    He deyrem axi Esmer Puldu Seni danisdran,,,ne vaxt gedirsen vetene Esmer ???

    Cavab yaz
    • Anonim
      Esmer · 16 İyul 11:3500

      ))))))Şemkirli balası men hele bılmirem ne vaxt gedeceymı .yeqın ki ayın axrı gederem .sen gelmirsen Vetene .

      Cavab yaz
      • Anonim
        Şemkirli · 16 İyul 11:4000

        isdiyrem Esmer gedem gorek ne olur gedende Sen deyersen da Mene

        Cavab yaz
        • Anonim
          Esmer · 16 İyul 11:5400

          He inşallah .gələrsən .Amma ora serin di otur ele orda ))) bura yaman istdi .Şemkirde lap yanır )))

          Cavab yaz
          • Anonim
            Zəhra · 16 İyul 12:1800

            Məni öldürsələrdə o Rusiyada yaşamaram. Soyuq nədiree?? Adamın ürəyi sıxılır. Heyif deyil istilər. Mən Dubaya gedəcəm

            Cavab yaz
            • Anonim
              Esmer · 16 İyul 12:3400

              Allah yolunu acıq etsin ged Dubaya .)))) Mende istini hec sevmirmem ....onda sen yay Fesilini cix sevirsen he ???

            • Anonim
              Zəhra · 16 İyul 14:2300

              Bəli Əsmərim çox sevirəm yayı. Qışda gün tez bitir. Həm də sıxıcı olur. Həm də payız mənə ayrılıqları xatırladır. Pis oluram;((

  • Anonim
    Aynur · 16 İyul 12:4200

    Salam dostlar

    Cavab yaz
  • Anonim
    Aynur · 16 İyul 12:4200

    Esmerim necesen???

    Cavab yaz
    • Anonim
      Esmer · 16 İyul 12:5100

      Salam Aynurcan xoş geldin necesen ay Gözel qız ?

      Cavab yaz
  • Anonim
    Şemkirli · 16 İyul 13:1000

    Mende Cox isdi havani Sevmirem Esmer gelesi deylem hele onsuzda,,,,Sen get isdirahetini et insAllah men noyabir dekabir gelecem ((((((Seni gormemis olsem bilki ruhum qoymayacaq seni bu dunyada rahat gezib yasamaga ((((((((

    Cavab yaz
    • Anonim
      Esmer · 16 İyul 15:1000

      Ay oldum gülmekden )))) Ruhunda ozun kimi gedib tutu tek yeyecek daa)) Noyabr ayında yemeli bir meyve de yoxdu deyim ki indi de o meyveni yeyeceksen .Tutu mensiz yedin .ele bilirsen yadımnan cıxıb ))))

      Cavab yaz
      • Anonim
        Şemkirli · 16 İyul 15:5100

        Uje ikinci tut yetisecek hele yadindan cixmayib,,,gelen il VAllah Tut sezonunda bakiya dalinca yollayacam Tutu Senin,,Niye ki Deli Noyabirda Nar hayva karalyok deyir hele gedebeyin almasin armudunu demirem,,Nenek Gedebeyden tanisimiz yoxdu deye getmeyek Noyabrda Azerbaycana ??

        Cavab yaz
        • Anonim
          Esmer · 16 İyul 16:0000

          Yox eee ne dansırsan yadımnan cıxar hec .neyi unudsam da .Tutu tek yemeyvi unutmaram haaa ))) heyvanı xoşlamıram neynirem .Nar he Şemkirde .Şirin Nar olur .karalyokda Adam boganan olar bogub eliyer meni .onuda ustemirem ))) he Gedebin noyabra alması armudu qalmır ay qaaa .Şemkirde Bağınız var .??

          Cavab yaz
          • Anonim
            Zəhra · 16 İyul 18:1800

            Ha ha ahaa. Nə boğulmaq Əsmər.

            Cavab yaz
  • Anonim
    Şemkirli · 16 İyul 13:1300

    Zehra dubayi nenirsen koc kurdemire ora dubaydanda isdidi((((( hemde ne dakment lazimdi nede il orgemek

    Cavab yaz
    • Anonim
      Zəhra · 16 İyul 14:1800

      Kürdəmir haqda məlumatım yoxdu. Oralar həmişə isti olur??? Baxma da Dubayın adı var)))). DU- BAY.

      Cavab yaz
      • Anonim
        Esmer · 16 İyul 15:1300

        He zehra Dubayın adı basqadı Adı bes edir ele ))) eyer Dubaya getsen ele bilki Kürdemurdesen .ve yaxud kürdemire gedsen ele bil dubaydasan )))))

        Cavab yaz
        • Anonim
          Zəhra · 16 İyul 18:1500

          Kürdəmirə gedib selfi çəkib paylaşmaqla Dubay eyni deyil axı can. Qoy Kürdəmir məni gözləməkdə olsun. Mən gedim Dubaya.

          Cavab yaz
  • Anonim
    Şemkirli · 16 İyul 15:5300

    Zehra Sen arada axt ele kurdemire get bir hefde qal rengin zat qaralacaq Sorusalar deenen dubayda deniz kenarinda zaqar etmisem hami inanacaq((((((((

    Cavab yaz
    • Anonim
      Zəhra · 16 İyul 18:1700

      Ha ha haaaa ))))))). Ay Allah öldüm gülməkdən. Nə zaqar? Mənim zəhləm gedir qaralmaqdan.sadəcə olaraq selfi üçün gedirəm.İstəsən Rusiyaya gəlib səni də götürərəm.

      Cavab yaz
  • Anonim
    Şemkirli · 16 İyul 16:5100

    Yox bizde parnik var bag nedi parnike aid olan Seyler de Mene,,Sen uje Bakili olub getmisen Nenirsen kend usaglarni,,VAllah Gelen il Sene iki vedre tut yollayacam qara ag((((( heresinden bir vedre

    Cavab yaz
    • Anonim
      Esmer · 16 İyul 17:2100

      Parnik bilirem eyyy .bag sen bilmirsen nedi .ağaclar guller .cicekler bac bele seyler da .men Bakılı sen Moskvalı olmusan daa)))) gorek kenci kim olacaq )))) ne yaxsı vaxtın olur yazmaqa????deyesen boşluqdu ?

      Cavab yaz
      • Anonim
        Zəhra · 16 İyul 18:2000

        Əsmər Kəramətin səhifəsində məni daş qalaq eliyiblər. Gəl köməyə

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.