Cəmiyyət

Günün qoroskopu: Yalnız qələbəyə can atın

15 İyun 2019 00:10
29 Şərh     Baxış: 9 549

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - yaxın ətrafınızdakı insanlar sizdən diqqət və səlislik gözləyirlər. Ehtiyatlı olun. Risk və qorxu istisna deyil. Ciddi itkilərdən yan qaça biləcəksiniz, amma məqsədə çatmaqla bağlı problemlər yarana bilər.

Günün ikinci yarısında ciddi insanın məsləhətinə və köməyinə ehtiyacınız olacaq.
Münasibətlərdə və təmaslarda ehtiyatlı, səlis olun. Bədxahlarınız yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışa bilərlər.

Gizli saxlamağa çalışdığınız məlumat, yaxud da informasiya faş ola bilər.

Buğa - ətrafda nələrin baş verməsindən asılı olmayaraq təmkinli və səbrli olun. Başqalarının, daha emosional və təmkinsiz insanların qarşılaşdıqları insanların problemlərini bu minvalla dəf edə bilərsiniz.

Yaxın saydığınız insanlarla ünsiyyət sizə rahatlıq, sakitlik bəxş edəcək.
Qısamüddətli, amma yorucu olmayan səfərə çıxa bilərsiniz.

Bu gün yaşam tonusu aşağıdır. Axşam saatlarında özünüzü yorğun hiss edəcəksiniz.
Alış-veriş üçün əlverişli gündür.

Əkizlər - yeni ideyalar və planlar sarıdan şikayətçi olmayacaqsınız. Əfsuslar olsun ki, bu gün bütün ideyalarınz yaxşı deyil. Bəzən faydalı nə isə yox, özünüz və ətrafınız üçün problemlər yaradırsınız. Yaxşı ki, ətrafınızdakı insanlar əhvalınızın yaxşılaşmasına səbəb olacaqlar.

Sevdikləriniz sizə yaxşı məsləhət verəcək, ailə üzvləriniz isə problemlərdən qorumağa çalışacaqlar.

Qəm yeməyin, hər şey yaxşı olacaq.

Dostlarla ünsiyyət və romantik görüş üçün əlverişli gündür. Fəqət, bu gün bağlı uzunmüddətli, ciddi planlar qurmayın. Səhvə yol verilməsi, məqsədlərin dəqiq müəyyənləşdirilməməsi ehtimalı az deyil.

Xərçəng - bu gün təmas və ünsiyyətlər nə qədər çox olarsa, gün o qədər uğurlu keçəcək. İnsanaların gur olduğu yerdə vaxt keçirmək, diqqət cəlb etmək, bildiklərinizi bölüşmək və başqalarının problemlərini müzakirə etmək istəyəcəksiniz.

İnsanlara yardım etmək, alicənab davranmaq, kimsənin xətrinə dəyməmək - bugünkü davranışınızdır.
Yaxın ətrafınızla təmaslarda səmimi və gülərüz olun.

Şəxsi münasibətlərdə yeni, başgicəlləndirci tanışlıq mümkündür.
Adət və vərdişlərinizin bir qismini dəyişin, sizi sevən insanları heyrətləndirin. Ailə üzvləri ilə münasibətlər rəvan olacaq.

İşlərdə səhvlərə yol verməməyə çalışın.

Şir - tərəfdaş və müttəfiq, habelə həmfikir axtarmaq üçün əla gündür. Sizə ən çətin anlarda dayaq və dəstək ola biləcək insanlara güvənin.

Yaradıcılıqla bağlı yeni perspektivlər, imkanlar yaranır.
Bu gün alacağınız informasiya faydalı olacaq, işinizə yarayacaq.
Yeni romantik təmasın və münasibətin başlanması mümkündür. Bəzi adamlarla fikir, maraq və həyat mövqelərinizin çox bənzədiyini anlayacaqsınız.

Səfər, qəfil təklif, gözlənilməz dəvət mümkündür.
Unutmayın ki, həyatda nə qədər çox şansınız yaranırsa, bir o qədər yaxşıdır.

Qız - bu gün ciddi və pozitiv olun. Sizə əziz olan insanların problemlərinizi həll etməyə başlayacağını gözləməyin. Fəal, müstəqil olun, dəstək və təqdir, təşəkkür gözləməyin.

Zəhmətkeş və diqqətli olun, əks təqdirdə çox mühüm məqamı buraxa bilərsiniz.
Kiçik xərclər, məsrəflər, uğursuz alış-veriş mümkündür. Bu gün əsla geyim almayın.

Ekstravaqant paltar alacağınız, sonra da bu paltarı aldığınıza heyfislənəcəyiniz istisna deyil.
Əks cinsin mənsubları ilə münasibətlər əsəbi, gərgin olacaq.

Tərəzi - bu gün bacarıq, bilik və imkanlarınızı tam miqyasda aşkarlaya, nümyiş etdirə biləcəksiniz. Başqalarının bacarmadıqları, yerinə yetirə bilmədikləri işin öhdəsindən gələcəksiniz.

Çoxsaylı maneələri, sədləri asanlıqla dəf edəcıksiniz, çətinliklərdən keçəcəksiniz.
Yaxın ətrafınızdakı insanların xətrinə sözlərinizlə dəyə bilərsiniz, amma onların incikliyi çox davam etməyəcək. Dəyişikliklər, cəsur ideyaların həyata keçirilməsinə hazırsınız.

Dəyər verdiyiniz insanları düşünün, bu minvalla münaqişələrə yol verməyin.

Əqrəb - ciddi və dərin hisslər, gərginliklər, problemlər istisna deyil. Hətta emosional şok da ola bilər. Halbuki situasiya soyuqqanlılıq və düşünülmüş həllər tələb edir. Təmkinli olun, problemləri həll etməyə çalışın. Nəticə əldə etməyə çalışın.

Köhnə dostlar sizi təəssüfləndirə bilər. Yeni bədxahlarınızın peyda olması istisna deyil. Ehtiyatlı və diqqətli olsanız, problemlərin öhdəsindən gələ bilərsiniz.

Oxatan - gün heç də yaxşı başlamayacaq. Əhvalınızı pozacaq xırdalıqlar ola bilər. Özünüzə inamı itirməyin, ruhdan düşməyin. Nəticələrlə bağlı tələskənliyə yol verməyin, situasiyanı dəqiq və hərtərəfli dəyərləndirin. Əks halda ciddi yanlışlıqlar və səhvlər ola bilər.

Günün ikinci yarısından etibarən situasiya tədricən dəyişəcək, müsbət təmayüllər güclənəcək. Yeni ideyalar peyda olacaq və onları böyük istəklə gerçəkləşdirməyə başlayacaqsınız. Lakin yorula bilərsinz.

Axşam saatlarını sakit istirahətə həsr edin.

Oğlaq - asan gün deyil. Görüləsi işlər, həll ediləsi problemlər həddən ziyadə ola bilər. Ruhdan düşməyin. Maraqlı imkanları əldən buraxıb yanlış addım atmayın. İşdə rəhbərliklə ünsiyyətdə problemlər yarana bilər. Anlaşılmazlıq üçün ən xırda iş, kiçik məsələ yetərli olacaq.

Fəqət, günün xoş yönləri də var. Şəxsi həyatda işləriniz qaydaya düşməyə başlayacaq, sevdiyiniz insanla aranızdakı anlaşılmazlıq aradan qalxacaq. Romantik görüş üçün əlverişli gündür.

Yaşam potensialı yüksəkdir, xəstəlik və rahatsızlıqdan qorxmayın.

Dolça - çətin və mürəkkəb gün olacaq. Qətiyyətli addımları təxirə salın, riskli planlardan imtina edin. Bəzən sizə elə gələcək ki, ətrafınızdakı adamlardan kimlərsə düzgün davranmır, sizi qəsdən qıcıqlandırmağa çalışır. Səbrli, təmkinli olun.

Ailə qayğıları diqqət və qayğı tələb ediləcək. Evdəki problemlər bütün diqqəti işə yönəltməyə imkan verməyəcək.

Yaxın insanların dəstəyinə ehtiyacınız var. Xoş sözlə yanaşı, maliyyə köməyi alsanız, pis olmaz. Planlaşdırılmamış xərclər etməyin - belə məsrəflərə haqq qazandırmaq çətin olacaq.

Balıqlar - neytral gün olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün səy göstərmək gərəkdir. Planların gerçəkləşməsi qətiyyət və inadınızdan asılıdır.

Yalnız qələbəyə can atın.
Komplekslər və zəifliklərinizin öhdəsindən gəlməyə çalışın.

Səhhətinizə diqqət yetirin. Bu gün yaşam tonusunuzun aşağı düşməsi, halsızlaşmaq ehtimalı var.
Qadınlarla münaqişələr yarana bilər.

Qohumlarla problemlər yaratmayın, çünki sonra barışmaq çətin olacaq.

Milli.Az

loading...

Şərh yaz:

29 Şərh:

  • Anonim
    Esmer · 15 İyun 00:0210

    Salam dostlar

    Cavab yaz
    • Anonim
      Nurlana · 15 İyun 00:5900

      Alekum salam ay qa:) netersen qadan alim? Ushaglar neterdi?;)

      Cavab yaz
      • Anonim
        Esmer · 15 İyun 10:2000

        Can Qadan alım .ayqa yaxşıyam şukur uşaqlarda yaxşdı .sen neynrsen ayqa?

        Cavab yaz
  • Anonim
    Esmer · 15 İyun 00:0201

    Sabahınız xeyrli olsun İnşallah ..

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 İyun 00:1301

      Seninle bahem Esmərimmmm.

      Cavab yaz
      • Anonim
        Esmer · 15 İyun 10:2000

        Cox sag ol Esrammm Canım

        Cavab yaz
    • Anonim
      Nurlana · 15 İyun 00:4100

      Cox sagol Bahem ureyim.

      Cavab yaz
      • Anonim
        Esmer · 15 İyun 10:2000

        Sag ol Üreyim

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 İyun 00:0341

    15 iyun Qurtuluş gününüz mubarek olsun Eziz xalqim

    Cavab yaz
    • Anonim
      Nurlana · 15 İyun 01:0000

      Cox sagoll,Bahem can ciyer

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 İyun 08:2701

        Can Nurlanamm canimm

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 İyun 00:0450

    Mövlana-1 dəlil getirdim 40 Alimi inandirdim ,Amma 40 dəlil getirdim 1 cahili inandira bilmedim !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 İyun 00:0542

    40 il köle kimi yasamakdansa 1 gün azad yaşamakk derlerr Gül ol, Bülbül ol amma qefesde olmaaa.Qurulusumuzzzz mubarekkkk

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 İyun 00:0533

    Vəəəəəəəə.Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun şipşirin olsun Məstanlar kimi dəəə gözel olsun

    Cavab yaz
    • Anonim
      Nurlana · 15 İyun 01:0001

      Seninde gozel mestan

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 İyun 00:1222

    Yazdiğlarım yeqin ki buradadi verersiniz.)))

    Cavab yaz
  • Anonim
    Nurlana · 15 İyun 01:0670

    Azərbaycan xalqını 15 İyun - Milli Qurtulush Günü münasibətilə təbrik edirəm.

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 15 İyun 10:2890

    XEYİRLİ SABAHLAR....QURTULUŞ GÜNÜNÜZ MÜBARƏK!!!GÜN O GÜN OLSUN ERMƏNİ FAŞİZMİNDƏN QURTULAQ,QƏLƏBƏ BAYRAĞIMIZ QARABAÖDA DALĞALANSIN.XALQIMIZA SEVİNCDƏN DOĞAN GÖZ YAŞLARI NƏSİB OLSUN,XALQIMIZ ÜRƏKDƏN SEVİNSİN,FİRAVAN XOŞBƏXT HƏYAT NƏSİBİMİZ OLSUN....SAYĞILARLA ALEKS@

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 15 İyun 10:4420

      Coxxx saq ol varr oll Aleks qardaşşşş.. dualarina Aminnnn Aminnnn !!Hörmet ve derin ehtiramlaaa Esra !

      Cavab yaz
    • Anonim
      Esmer · 15 İyun 10:4710

      Salam .ALEKS .Bey .necesiz ? Arzulararınıza mende qatılıram .ve sizi bu gun görmek cox xoş oldu .Ne eceb yazmırsız .?

      Cavab yaz
      • Anonim
        ALEKS❤ · 15 İyun 11:2800

        Hər vaxtınız xeyirli,bərəkətli,ruzili,xoş əhvallı olsun..bəli bir müddətdirki şərh yazmırdım,daha doğrusu işimlə səfərlərimlə əlaqədar yazmağa imkanım olmurdu...həm də köhnələr bilir:fikirlərimi bölüşdüyüm,böyük hörmət bəslədiyim,dəstəyini həmişə hiss etdiyim mənalı bir insanı burda görmədiyimə görə ehtiyat edirdim şərh yazmağa.hər dəfə ...nəysə..bu ayrı bir mövzudu...unutmaq olmaz..bəli hərdən mənfi auradan azad olub ötənlərə müsbət qiymət verib yazmağım gəlir..hiss edirəmki pis də alınmır.yaxşıki sizlər varsınız bir birimizə dəstək oluruq,bu keşməkeşli həyat yillarında addımlayırıq...düzü əziz anamı və doğma bildiyim bir şəxsdən xəbərsizliyim məni çox sarsıtdı..hələ də...amma yenə də şükürlər olsunki sizinləyəm,həyatdayam və hər kəsin bayramını təbrik edirəm.bağışlayın sizi yordum...sayğılarla ALEKS@

        Cavab yaz
        • Anonim
          Esmer · 15 İyun 11:5010

          Her zaman .şerhlerinizi seve .seve oxyuram .sadece .Allah her işinizde Size komek olsun .Beli bilirem o insanın kim oldugunu .heyatda her zaman .Sevdiklermizi itirmekden qorxmuşuq .siz dediyiniz kimi .heyat bizim istedyimiz kimi olsa .maraqsız olar .her insanln bir prablemi olur her insanın bir düşündüyü olur ve o düşünce ilede her zaman xeyallarla yaşayır .qardaşım mene cox xoşdu bir bacı kimi deyrem sizin her zaman şerhlerini gormek isteyirem .sadece mene düşmez ki size meslehet verim .onu deyim ki heyat bezen bizi ele yerimizden vurur ki .bir daha sağala bilmirik .Eziz qardaşım .hec narahat etmediz .cox xoş oldu .işinizde de size .Uğurlar arzu edirem .her zaman uğurlarınız bol olsun ...yolunuz daim acıq olsun ...Amin İnşallah ...

          Cavab yaz
          • Anonim
            ALEKS❤ · 15 İyun 12:2610

            Sadəcə bir söz:dərin duyğularla minnətdarlıq...ALEKS@

            Cavab yaz
            • Anonim
              Esmer · 15 İyun 12:4400

              Tşk .cox sag olun .qarşılıqlıdı ....

  • Anonim
    Şemkirli · 15 İyun 12:2700

    Əleykum Salam Daglar Qizi necesiz ne var ne yox birinci olubsuz bu gun heyata birincilerden olasiz Eziz dost

    Cavab yaz
    • Anonim
      Esmer · 15 İyun 12:4300

      Salam Şemkirli balası .netersen qadan alım .cozx sag ol Ezizim .işlerin necedi .Sayıtdan cıxanda bur baş cıxrsan .bilmirem hara qacırsan ))) zarafat edirem haa ))) istilerle neynirsiz .???

      Cavab yaz
      • Anonim
        Şemkirli · 15 İyun 17:0500

        isim gucum coxdu Daglar qizi onan elaqeder uzurlu bilin sizde ne var ne yox birdenesiz Siz dogurdanda

        Cavab yaz
        • Anonim
          Esmer · 15 İyun 17:5900

          Can cox sag ol sizde birdenesiz bilsiz da sizi cox isteyirem Doğrdan ...o cox olan işini gücünü tek niye gorsen de komek elyim da))) hele getmirsiz ? Niye ozünü eziyyete salısan .Qadan alım )) Narahat olma zarafat edirem size işinizde olun .teki işleriniz qaydasında olsun ....bizide yadınan cıxarma ...

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.