Bakı məktəbində qıza bez verildi - Aləm bir-birinə dəydi...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məktəbdə qızıma qadın bezi verilib. Qızım gəlib dedi ki, ana, sinifdən oğlanları bayıra çıxardılar, sonra bu məhsulları bizə payladılar. Oğlanlar qapını açıb bizə dil çıxarır, sataşıb gülürdülər. Bu vəziyyətdən pərt oldum.
Milli.Az xəbər verir ki, bu fikirləri lent.az-a qızı orta məktəbdən evə qadın bezi ilə qayıdan ana bildirib.
Bu vəziyyətdən narazılığını ifadə edən valideyn "mən onsuz da bu barədə qızıma məlumat verirəm. Bu məhsulları onların əlinə verməyin nə mənası var?"-deyə, irad bildirən valideyn tək deyil.
Xəyalə Quliyeva adlı sosial şəbəkə istifadəçisi də mövzu ilə bağlı öz səhifəsində fikirlərini bölüşüb. Həmin yazını təqdim edirik.
"Orta məktəblərin 6-cı siniflərində "always" şirkətinin məhsullarını paylayan Təhsil Nazirliyi, olmazmı öz dəyərli vaxtınızı daha səmərəli işlərə sərf edəsiniz? Misal üçün, o məktəbə qızlara "dərs keçmək üçün" gətirdiyiniz həmin firma əməkdaşları yerinə, respublikamızın ən uğurlu abituriyentlərini, dünyanın qabaqcıl universitetlərinin tələbə və məzunlarını qonaq qismində gətirə bilərsiniz"
Təhsil Nazirliyi niyə ağacəkmə kompaniyasına start vermir? "Hərəmiz bir fidan əkək " deyərək, məktəbliləri niyə əməyə, zəhmətə, mərhəmətə sövq etmir? Niyə məktəblər qocalar evinə, valideyndən məhrum olan uşaqlar evinə sovqat düzəldib getmirlər? Niyə məktəbin həyətində iməcilik etmirlər? Niyə "nə harada, nə vaxt" yarışları keçirmirlər? Niyə məktəblərarası basketbol, voleybol, futbol yarışları olmur. Tək-tük deyil, geniş miqyaslı tədbirləri deyirəm. Niyə məktəblərə teatrlar gəlmir? Niyə tamaşalar göstərilmir? Niyə ən gözəl şəkildə təmir olunan məktəblərdə, heç olmasa üç-dörd aydan bir öz yaşlarına uyğun sənədli, bədii filmlər göstərilmir?
Məktəblərin pəncərələrinə dəmir barmaqlıq vurmaq əvəzinə təhsil sisteminin qəlbindəki dəmir barmaqlıqları çıxardıb atsaq? Nə dəmirə ehtiyac olar, nə də divara, məktəb dörd divar demək deyil... məktəbin o müqəddəs ruhunu qaytarmaq lazımdır. Bunun üçün isə, o "ağxalatlıların" payladığının əvəzinə məhəbbət paylamaq lazımdır".
Bu məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirib ki, 2015-ci ildən etibarən Reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işinin davamlı aparılmasının vacib olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümidli Gələcək Gənclər Təşkilatı xüsusi tədris və maarifləndirmə proqramını həyata keçirməyə başlayıb:
"Proqram çərçivəsində İSİM, Təhsil Nazirliyi və Ümidli Gələcək təşkilatı Azərbaycan Müəllimlər Universiteti, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Təhsil İnstitutu ilə sıx əməkdaşlıqda reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində tədris proqramının hazırlanması, gələcək təlimçilər üçün təlim kurslarının təşkili və milli mütəxəssislərin iştirakı ilə ölkənin seçilmiş şəhər və rayonlarının tam orta məktəblərinin şagirdləri, müəllimləri və psixoloqları üçün, habelə uşaqların valideynləri üçün genişmiqyaslı və dayanıqlı maarifləndirmə və tədris proqramının təşkili davam edir.
Təlimlər zamanı məktəblərdə təhsil alan 6-7-ci sinif şagirdlərinə mövzuya dair təqdimatlarla yanaşı, xüsusi hazırlanmış bukletlər və təlim zamanı keçirilmiş mövzuların aşılanması məqsədlə şagirdlərə praktik bacarıqların öyrədilməsi üçün analara təlimin məzmununu əks etdirən 1 ədəd sanitar-gigiyenik materiallar (sabun, salfet, şampun və s.) paylanılıb. Uşaqlara paylanılan materialların heç biri reklam xarakteri daşımır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı
-
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
XƏBƏR LENTİ
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Krista Paykın edamı təxirə salındı
-
Baş prokuror: Cinayətlərin təxminən yarısı yeni texnologiyalar vasitəsilə törədilir - müsahibə
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı





