Cəmiyyət

Qəza zamanı günahkar kimdir - Piyada, yoxsa sürücü? - VİDEO - FOTO

16 May 2019 12:44
0 Şərh     Baxış: 2 359

Yol-nəqliyyat hadisələrinin statistikasına baxdıqda görürük ki, piyada vurmalarının sayı kifayət qədərdir. Ölkə üzrə bu göstərici 47 faiz olduğu halda, paytaxt Bakıda 60 faizə çatır. Bu hadisələrin ağırlığından xəbər verir.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" proqramı maraqlı süjet hazırlayıb.

Kamran Əliyev BDYPİ-nin şöbə rəisi: "Ötən ilin müvafiq dövrü ərzində piyadaların vurulması ilə baş verən qəzalar ümumi qəzaların 57.8 fazini təşkil edir. Bu istiqamətdə müəyyən qədər azalma olsa da, sözsüz ki, bu rəqəmlər də bizi qane etmir".

Görülən inzibati tədbirlər, aparılan marifləndirmə işlərinə baxmayaraq, piayada məsuliyyəti tam formalaşmayıb. Hardan və necə gəldi yolu keçənlər, sürücüləri də özləri kimi təhlükəyə atan kifayət qədər piyada var.

Ərşad Hüseynov - ekspert: "60 km., yəni şəhəriçi icazə verilən sürətlə hərəkət edən mexaniki nəqliyyat vasitəsinin sürücüsü potensial təhlükəni gördükdən sonra tam dayanmaq üçün hərəkətə keçsə də, təxminən 35-38 metrdən sonra avtomobil dayanır".

Belə olan halda, yaxınlıqda olan piyadanın vurulması qaçılmazdır. Bu isə sonda ağır facilələr yol açır.

Kamran Əliyev: "Bu 4 ay ərzində 245 hadisə zamanı 96 nəfərin həlak olması, 162 nəfərin yaralanması 96 nəfərin yox, 96 ailənin faciəsidir".

Ərşad Hüseynov: "50-60 faiz hallarda sürücülər günahkar olurlar, yerdə qalan hallarda sürücülərin günahı olmur. Sürücülərin günahkar olmaması o deməkdir ki, ya piyadalar günahkar olur, ya da kənar maneəlar var".

Yol polisi tərəfindən əhalinin sıx  olan yerlərində, nizamlanan və nizamlanmayan piyada keçidlərində nəzarət həyata keçirilsə də, buna məhəl qoymayan insanlar da kifayət qədərdir.

Piyadaların təhlükəsizliyi üçün Bakı şəhərində 80-dən artıq yerüstü və yeraltı piyada keçidləri mövcudur. Amma əfsuslar olsun ki, bir çox piyadalar bu keçidlərdən istifadə etmir.

Vaqif Əsədov BŞBDYPİ-nin bölmə rəisi: "Baş verən qəzaların analizi zamanı məlum olur ki, əksər hallarda piyadanın vurulması ilə baş verən qəzalar piyada keçidlərinin yaxınlığında baş verir".

Yol özü bir mədəniyyətdir. Qaydalar isə, bu mədəniyyətin təməl prinsiplərini təşkil edir. Qaydalara əməl etməklə həm şəhər mədəniyyətimizi formalaşdıra, həm də həyatımızı ağır hadisələrdən sığortalaya bilərik. Yetər ki, istəyimiz olsun.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.