Cəmiyyət

Günün qoroskopu: Hadisələrin axarına süni müdaxilələr etməyin.

15 May 2019 00:01
63 Şərh     Baxış: 14 886

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - proseslər üzərində tam nəzarətə malik olduğunuzu düşünməyin. Belə kontrol hissi illüzordur. Xəyallara aldanmayın. Gərəkli vaxtda lazımi yerdə olmaq üçün bütün imkanlardan istifadə edin.

Yaxın gələcəklə bağlı perspektivlərinizi dəyərləndirin. Qəfil xəbərlərdən maraqlarınız üçün istifadə edin. Mühüm olay yaşanacaq.

Günün ikinci yarısındakı hadisələr, situasiya təsadüfi deyil.

Həmkarlar və dostlarla aktiv təmaslarda olun. Ehtiyac duyduğunuz məlumatları əldə etməyə can atın. Tələsik təmaslarda heç bir fayda yoxdur.
 

Buğa - şəxsi münasibətlər üçün birmənalı zaman deyil. İşgüzar danışıqlarda sadəlövhlük yolverilməzdir. Hadisələrin istənilən məcrada inkişafına hazır olun. Gərgin, çətin zamandır.

Günün ikinci yarısında yeni işlərə başlamağa tələsməyin. Çətin, riskli işə başlamazdan əvvəl zəruri dəstəyi almağı unutmayın. Yalnız bələd olduğunuz fəaliyyət növünü seçin.

Köhnə və sınanmış əlaqələri bərpa edin. Çoxdan gözlədiyiniz məlumatı alacaqsınız. Axşam saatlarında stressdən qurtulun.

Əkizlər - günün ilk yarısında yeni layihəyə başlamaq olar. Diqqətli və sayıq olun. Yarımçıq işləri başa vurmasanız, onlar əlavə yüklərə çevriləcəklər.

Münasibətlərdə böhran yaşanır. Nəzərdə tutduğunuz məsələnin həllini ertələməyin. Hadisələrin ritmi dəyişir. Situasiyaya uyğunlaşın.

Günün ikinci yarısında böyük ümidlər bəslədiyiniz planları daha əlverişli zamanadək ertələyin. Yeni yanaşma, dərin təhlil tələb edən işlərdə sərvaxt olun. Alınmayan, əvvəllər vaxt azlığından problemin həlli üçün pis vaxt deyil.

Axşam saatlarında enerji səviyyəniz yüksək olacaq. Əlavə motivasiyaya ehtiyac yoxdur.

Xərçəng - günün ilk yarısında əsəblər tarıma çəkiləcək. Emosiyalarınıza hakim olun, hisslərə qapılmayın. Mühafizəkar, retroqrad insanların təsirinə düşməyin. Fəaliyyətiniz təftiş və təhlil tələb edir. Hesabatlarda dəqiq olun.

Borcları qaytarın, vədləri yerinə yetirin.
 

Günün ikinci yarısında yaşamızın müəyyən sahələrini qaydaya salın. Əsas planın icrasına başlamaq olar.

Yaxınlarınıza qarşı sərt iradlar irəli sürməyin. Ən önəmli məsələnin həllinə başlayın.

Səhhətinizin qeydinə qalın. Rasionunuza nəzarət edin. Yarımçıq işi bitirin.

Şir - xoşagəlməz situasiyanı əvvəlcədən planlaşdırmağa çalışın. Nəzərdə tutduğunuz işlərdə qəfil dəyişikliklər olacaq. Hisslərinizə hakim olun, emosiyalara qapılaraq sonradan peşmançılıq hissi yaradacaq addım atmayın. Dünən sizə maraqlı ətir bağışlayan adam bu gün arxa plana düşə bilər.

Günün ikinci yarısı alış-veriş üçün əlverişli deyil. Detalları və təfərrüatları dəqiqləşdirməmiş yeni əməkdaşlığa başlamayın. Təhlükəsizliyin təminatı detalların araşdırılması ilə bağlıdır.

Şəxsi münasibətlərdə sentimentallıq dövrü başlanır. Sevdiyiniz insanla diqqətli, qayğıkeş olun. Axşam saatları romantik hisslər istisna deyil.

Qız - stansionar proseslərdən uzaqlaşın, aktiv olun. Qəfil xəbərə, uzaqdan gələn məlumata diqqət yetirin. İrəliyə doğru hərəkətinizə mane olan, planlarınıza zərər verən nüansları müəyyənləşdirin. Diqqət, sərrastlıq, dəqiqlik tələb edən işlərlə məşğul olun.

Sizi zinhara gətirən, artıq usandığınız məsələdə günün ikinci yarısında ciddi dəyişikliklərə nail olmaq mümkündür. Qətiyyətli və iradəli olun. Fikrinizi mənasız işlərə yayındırmayın.

Maraqlı ideyalar, tapıntılar istisna deyil. Başladığınız işləri yarımçıq qoymayın.

Tərəzi - ehtiyatlı olun, bələd olmadığınız situasiyalarda özünüzü itirməyin. Risk məsləhət deyil. Yalnız nəyisə düzəltmək, durumu xilas etmək üçün avantüraya qapılmaq olar. Yaxınlarınızı diqqətsiz qoymayın.

Soyuqqanlı, laqeyd, "balıq qanlı" adam təsiri bağışlamayın.

Günün ikinci yarısında məqsəd, maraq və ya hədə dəyişə bilər. İndiyədək sizə cazibədar, maraqlı təsir bağışlayan işlərə pul xərcləməyin. Alış-verişdə bədxərclik etməyin. Aradığınız əşyanı və ya məhsulu bir qədər sonra daha ucuz qiymətə tapa bilərsiniz.

Axşam saatlarında şəxsi münasibətlərdə maraqlı rakurs yaranacaq. Ötənlərdə yaşanmış hadisələrdən biri gündəmə gələcək. 

Əqrəb - günün ilk yarısında işlərdə qarışıqlıq, laübə yaranacaq. Nevroz durumlarda təmkinli olun. Ailə üzvlərinizdən birinin problemi var. Yaxınlarınızla münaqişəli vəziyyət yaratmayın. Situasiya stabil deyil. Nə isə dayanır, hansısa proseslərdə sədlər və maneələr formalaşır. Bəzi işləri məcburiyyət qarşısında qalaraq təxirə salmalı olursunuz.

Günün ikinci yarısında vəziyyəti normallaşdırmaq üçün ahəstə şəkildə çalışın, tələsməyin. Alış-verişi, maliyyə əməliyyatlarını ertələyin. Borc verməyin, borc almayın.

Maliyyə müstəvisində tərəfdaş və ya şəriklə qarşıdurma yaratmayın. İnciklik olmasın deyə axşam saatlarında önəmli məsələ ilə bağlı müzakirələrə başlamayın.

Oxatan - hadisələrin burulğanında mövqelərinizi itirmək istəmirsinizsə, iradəli və qətiyyətli olun. Şərait sizdən bunu tələb edir. İntuisiyanıza güvənin. Olayları diqqətlə müşahidə edin. Yaşam sizə konkret siqnallar verir.

Günün ikinci yarısında çoxlu məlumatlar alacaqsınız. İnformasiya bolluğu ləngimələr, təxirəsalmalar, qarışıqlıq yaratmamalıdır. Gözləntilərinizdə yanıla bilərsiniz. Yarımçıq işləri sıralamayın.

Yaxın ətrafınızdakı insanlardan birinin sizə deyiləsi sözləri var. İtirilmiş mövqeləri qaytarmaq, zədələnmiş əlaqələri bərpa etmək olar. Məsləhətləri dinləyin. Söhbət əsnasında uzun-uzadı monoloqlardan çəkinin.

Axşam saatlarında nəyisə dəyişməyə, yeni layihənin icrasına başlamağa tələsməyin. Alış-veriş üçün uğursuz zamandır.

Oğlaq - günün ilk yarısı situsiyada köklü dəyişikliklər və paradoksal yenilənmələr ola bilər. Texnika ilə ehtiyatlı davranın. Risk etməyin, münaqişələrə qatılmayın. Diqqətinizi indi maraqlı təsir bağışlamasına rəğmən, ikinci dərəcəli məqamlara yönəltməyin. Potensialınız zəngindir. Şanslardan yararlanın.

Günün ikinci yarısında sporadik problemlərin həllinə yetərincə vaxt ayırın. Situasiyaya kəskin müdaxilə etməyin. Müvazinət dayanıqlı deyil. Fəaliyyət prosesində çətinliklər yaranarsa, gərgin anın bitməsini gözləyin. Mümkün qədər çox məlumat toplayın.

Dolça - günün ilk yarısı sakit, rəvan deyil. Müxtəlif xəbərlər və təcili informasiyalar başqa günədək ertələdiyiniz məsələlərin təcili həllini tələb edir. Yeni layihəni ən azı 3 həftə təxirə salın.

Yanılmaq, səhv etmək riski az deyil. İlk baxışdan maraqlı, amma bələd olmadığınız işlə məşğul olmayın. Düşünülməmiş addımlar atmayın, tələsik qərar verməyin.

Günün ikinci yarısı maliyyə əməliyyatları, sərmayə, alınan məlumatlardan dəyərləndirilmədən istifadə üçün münasib deyil.

Uzunmüddətli layihələrin taleyini həll etməyə çalışmayın.

Hadisələrin axarına süni müdaxilələr etməyin.

Balıqlar - nəzərdə tutulmamış, qəfil çətinliklərlə qarşılaşa bilərsiniz. Planların həyata keçirilməsində problemlər yaranır, maneə və sədlərin sayı artır. Perspektivlər dumanlı forma alır.

Səfər, layihə və ya yeni işi təxirə salın.

Günün ikinci yarısında situasiyaya kənar təsirlərdən yanlış istifadə etməyin. Şərtlərdən yararlanın. Olaylara sürətli reaksiya problemlərin effektiv həllini təmin edəcək.

Axşam saatlarında normal istirahət edin.

Milli.Az

loading...

Şərh yaz:

63 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 00:0241

    Sabahiniz uqurlu ve gözel olsun Geceniz de xeyre qalsin Canlarim

    Cavab yaz
    • Anonim
      Esmer · 15 May 08:1601

      Seninle Bahəm .Esracan ...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 May 09:1001

        Can Esmərim canim saq ol var ol !

        Cavab yaz
        • Anonim
          Nurlana · 15 May 09:4401

          Caan cox sagol urek bahem

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 15 May 11:0401

            Cannn Nurlanammm

            Cavab yaz
    • Anonim
      Harlnpasa · 15 May 09:1521

      Sizinde sabahnlz xeyr can ciyer gozel prensesssss sizinle bahem

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 May 09:1831

        Cox saq ol can-ciyer Harlnpasa var ol

        Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 15 May 00:0312

    Salam Esram

    Cavab yaz
    • Anonim
      Esmer · 15 May 08:1701

      Salam Tovuzun .gözel Qızı Tutum Necesen ?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 May 09:1001

        Salam canim Tutu.

        Cavab yaz
        • Anonim
          Nurlana · 15 May 09:4801

          Salam Tovuzlu gozeli necesen?

          Cavab yaz
  • Anonim
    Cavid · 15 May 00:0902

    Salam sabahiiz xeyir dostlar necəsiz butun sərhciləri salamlayiram ESRA CAN EBRU CAN MURAD xalamoglu qardasim ESMER CAN SARA XATUN CAN SARAY CAN XUMAR CAN ZƏHRA CAN YERLİM NURLANA reqibim ARZU CAN Rus nikli ARZU CANN AYTAC caan gozəl bacim TUTU CAN SEADƏT CAN DOLLAR xanim yeni sərhci AYTƏN xanim XOŞ GƏLMİSİZ səyfəyə və digər sərhcilər Ramazan Bayraminiz MÜBARƏK OLSUN AMİN dostlar can dostlar

    Cavab yaz
    • Anonim
      Esmer · 15 May 08:3701

      Salam Cavid Bey.. xoş gördük .siz necesiz ? Ne eceb hec yazmırsan ?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 15 May 09:1111

        Salam Cavid bey men yaxsiyam Sukur Allaha Sen necesen kef ehvalin necedi ?

        Cavab yaz
        • Anonim
          Nurlana · 15 May 09:4321

          Salam sabahin xeyir olsun, Cavid reqibim necesen? Cox sagol bahem.

          Cavab yaz
    • Anonim
      Allaha bagili biri · 15 May 11:4800

      Ve eleykum salam CAVİD qardasim .Allah razi olsun.Cox gunuvuz olsun .Cox sagolun.

      Cavab yaz
  • Anonim
    Nurlana · 15 May 09:4411

    Sabahiniz xeyir olsun Esmer can ve Ruslan can:) necesiz?

    Cavab yaz
    • Anonim
      Esmer · 15 May 09:5211

      Sabahın xeyrli olsun ay menim Canım Nurkam .sen necesen gözelim ..???

      Cavab yaz
      • Anonim
        Nurlana · 15 May 09:5610

        Caaan cox sag ol ureyim. Men ela sen necesen? Xalasinin shirinleri necedir?

        Cavab yaz
        • Anonim
          Esmer · 15 May 10:0510

          Yaxşı ol hemişe Canım menim .yaxşıdlar cox sag ol Xalası Dersdediler

          Cavab yaz
          • Anonim
            Nurlana · 15 May 10:1200

            Yaxci olsunlar canlarim. Cox sagol ureyim. Caan xalasi qurban onlara. Necede oxuyurlar? Miranin fraqmanina baxdim?:)

            Cavab yaz
            • Anonim
              Esmer · 15 May 10:2900

              Can üreyim Bacın sene qurban olsun .6 .ve 4 de .he ureyim baxdım )))

            • Anonim
              Nurlana · 15 May 10:3800

              Caan MashAllah Allah saxlasin ureyim

    • Anonim
      Harlnpasa · 15 May 10:2000

      Sabahln xeyr gozelim Nurus xanlm men yaxslyam dostum sen necesen

      Cavab yaz
      • Anonim
        Esmer · 15 May 10:3010

        Salam Harun bey necesiz .?işleriniz necedi ?

        Cavab yaz
        • Anonim
          Nurlana · 15 May 10:3600

          Yaxci ol inshAllah. Mende yaxciyam sag ol can dostum

          Cavab yaz
          • Anonim
            Harlnpasa · 15 May 11:4200

            Teki yaxsl olasan gozel doatum ))) istirahet nece gedir)))

            Cavab yaz
            • Anonim
              Nurlana · 15 May 11:4900

              Cox sagol,eziz dostum. Istirahet deyende evdeyem hele:) belkem ayin axiri Shemkire getdim. Senin ishlerin necedir? Evlenmey haqqinda dushunmursen hele?:))

            • Anonim
              Harlnpasa · 15 May 13:3200

              Insallah gedersen dostum ne evlenmey 3 defe evlenib bosanmlsam insallah senin toyundan sonra)) gozel

            • Anonim
              Nurlana · 15 May 13:4700

              Vay vay 3 defe evlenmisen?:))))) yeqin o arvadlardan heresinnen bir ushaqda var he?:)))))) inshAllah onda denen ki subay qalacamda:)))))

            • Anonim
              Harlnpasa · 15 May 14:5500

              )))))

        • Anonim
          Harlnpasa · 15 May 11:4100

          Salam Esmer xanlm yaxslyam sen necesen islerde yaxcldl senin islerin necedi

          Cavab yaz
          • Anonim
            Esmer · 15 May 12:0700

            Yaxşı olun qardaşım .şukur mende yaxşıyam ...

            Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 15 May 11:3600

    Salam sevimli qardaşım Cavid mən yaxşı sen necəsən?

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 15 May 11:3600

    Caaan Əsmərim mən yaxşı sən necəsən ?

    Cavab yaz
    • Anonim
      Esmer · 15 May 12:0600

      Her zaman yaxşı olasan canım Tutum opurem seni Gözelim ....

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 May 12:1721

    Melek Y -xanima xos gelmisiniz Meleyim. sizi gordum cox sad oldum belke burani oxuyarsiniz Men fotoya daha yazmiram .Men yaxsiyam cox saq olun siz necesiniz ?

    Cavab yaz
    • Anonim
      MelekY · 15 May 13:1521

      Esra can teki yaxsi ol .Wukur yaxwiyam can.Her zaman sad olun Esracan

      Cavab yaz
  • Anonim
    Allaha bagili biri · 15 May 13:1600

    Menim gozel bacim Zehra necedi ? Dersdesen ?

    Cavab yaz
  • Anonim
    Roman · 15 May 13:2000

    Ramazan ayınız mübarək olsun

    Cavab yaz
    • Anonim
      Esmer · 15 May 13:3100

      Amin Roman bəy Sizınlə Bahəm Allah butun tutulan orucları qəbul etsin ...

      Cavab yaz
  • Anonim
    Şemkirli · 15 May 14:0500

    Salam doslar necesiz,,

    Cavab yaz
    • Anonim
      Nurlana · 15 May 14:1400

      Alekum salam yerli necesiz? Vetendesiz? Shemkirde havalar necedir?

      Cavab yaz
      • Anonim
        Şemkirli · 15 May 17:5300

        Cox sagolun yerli isdidi havalar may ayi ucun cox isdidi sizler necesiz

        Cavab yaz
  • Anonim
    Şemkirli · 15 May 14:0810

    Salam Daglar qizi necesiz Esmer xanim bu May ayidi bele isdidi bu yay nece olacaq bu milletin axiri daglara cixmaq lazimdi ay Daglar qizi

    Cavab yaz
    • Anonim
      Esmer · 15 May 14:2100

      Ooo salam Şemkrli balası necesiz ? Dedim indi Şemkirli gelib Şemkirin suyunan icib yaddan cıxardı bizi ) )) cox istdi he .ordan qalx dağlara )) serinleş gel ..Şemkirde ne var ne yox e yaxşı geze bilirsen .menim evezime de gez doyunca .Gözel Şemkirimi )) Tut yetişib ???

      Cavab yaz
      • Anonim
        Zəhra · 15 May 17:4300

        Salam dostlara

        Cavab yaz
        • Anonim
          Şemkirli · 15 May 17:5500

          Salam bizim cenubun deyerli qizi necesiz Zehra xanim ne var neyox

          Cavab yaz
          • Anonim
            Zəhra · 15 May 19:3900

            Aleykum salam Şəmkirli qardaşım. Birazca aşağıda yazmışdım sizə. :))). Çox sağol. Hər şey qaydasındadır. İsti və super hava Yavaş yavaş alçalar yetişir. Vişnələr qızarmağa başlayır. Necə ola bilərəm. QƏRİBƏYƏM!!!

            Cavab yaz
      • Anonim
        Şemkirli · 15 May 17:5200

        Esra xanim cox sagolun yaxsidi her sey,,bu gun kurun kenarna geldik arada dagada qalxarq he,,yaxsidi her yer yasilliq hemiki semkirdi amma isdidi men ele agarmisam yasli adamlar gorende deyir sen xesdesemi a bala daha demrem ki bes gune qaralacam ne ferqimiz olmayacaq ,,tutyox hele cir qara xirda tutlar qizarir az az

        Cavab yaz
        • Anonim
          Esmer · 15 May 18:2000

          Allah sizi güldürsün ))) he güne cıxma qaralacaqsız ))) ay nə olamaq isterdim orda hemişe kürün qıraqına getmeyden qorxmuşam )))men gedende de sakıt uşaqlar kimi dururdum terprnmirdim hec yere )))) hemişe gezmekde .Şemkirli balası .gedin mənim dağlarımı da gəzin indi bizim dağlarda cox gozel Laleleler acıb her yer qırmızı orpekde ....

          Cavab yaz
          • Anonim
            Şemkirli · 15 May 19:5800

            Daglar qizi he qalxacam orayda yuxari narzan cox xosma gelir gedecem ora,amma tez qaytdim belke,ozum qaralmaq isdiyrem burda nenesende isder isdemez qaralir adam,,insAllah yaxsi olar her sey

            Cavab yaz
            • Anonim
              Esmer · 15 May 20:4700

              İnşallah .yaxşı olar .Allah yolunu daim acıq Etsin .qardaşım..

  • Anonim
    Zəhra · 15 May 17:4400

    Salam Cako. Çox sağol

    Cavab yaz
  • Anonim
    Zəhra · 15 May 17:4500

    Şəmkirli qardaşım xoş gəlmisiz Vətənə. !!! Necəsiz?!??? Soyuq mühitdən istiyə gəlmək necədi??? Dincələ bilirsiz ??))).

    Cavab yaz
    • Anonim
      Şemkirli · 15 May 20:0100

      Cox sagolun Zehra xanim vetendi da nenesekde qanimiz canimiz burdadi basqa milletlerle muqaisede veten sevgisi bizlerde daha coxdu Sukur Allaha

      Cavab yaz
  • Anonim
    Zəhra · 15 May 17:4800

    AYTƏN SALAM. GÖZƏL QIZ. NECƏSƏN??? Bəli mən dərsdə idim o vaxtlar. Tək dərs yox , kurs , əlavələr və sss. İtirəm kitablar içində. :):)))))). Mamada tapa bilmir məni;)))))))). Yazmısan yaddan çıxarmayacam. İnanıram ki, sözlərinə əməl edəcəksən!!! Günün necə keçir. Bütün günü evdə olursan??? Həə birdə əgər sirr deyilsə , Universitet oxumusuz?

    Cavab yaz
    • Anonim
      Allaha bagili biri · 15 May 18:1400

      ZEHRA xanim əlhemdulillah yaxsiyam can.Wükür Allaha gunler yaxsi kecir əlhəmdulillah .He bütün günü evde oluram:))Beli canim oxumusam texnuxom ibtidai sinif muellimesi .Allah eziyyetini yerde qoymasin insAllah canim her sey yaxsi olar ..Men icazesi serh yazmiram nisanlim deyir masAllah refiqende var Zehraz xanim : )) Zehra can Oruc tutursuz?

      Cavab yaz
      • Anonim
        Zəhra · 15 May 19:3700

        Çox şükür yaxşıyam. :)))))). İcazə alırsız şərhə görə???? ;))). Çox gözəl. Hər mövzuda xəbərdar edin. Gələcək həyat yoldaşınızı. :) Mən oruc tuturdume yəni bir neçə gün oldu. İndi tutmamışam. Dözə bilmirəm. Çox arıqam. Amma tutacam yenə inşAllah. Allahım bağışlasın. !! Onda müəlliməsiz:))). Aytən müəllimə hörmətim sonsuzdur sizə. :))). Bir şey soruşum : İlk dəfə yazdız mənə. Sizi nə cəlb elədi? Maraqlıdır mənə. Milliyə necə daxil olduz? Səhv eləməsəm hansısa səhifədə görmüşdüm sizin nikinizi müəllimə.

        Cavab yaz
      • Anonim
        Zəhra · 15 May 19:4000

        Aytən müəllimə musiqi aləmiylə aranız necədir???

        Cavab yaz
      • Anonim
        Allaha bagili biri · 15 May 20:2000

        Zəhra can elbetde icaze aliram :)) Sizin serhiniz cox maragli geldi mene :) İndide sizin serhiniz oxuyuram Cox mehribansiz :))Hormetin artig olsun ...Musiqile aram yoxdu .Mən ilk defe sehf etmiremse size yazdim serh mene maragli gelir bu sehfe mehriban bir sehfedi her kes bir biri ile mehribandi ..Zehra can insAllah tutarsan oruc .Tutugun orucu Allah qebul elesin can.Teki her zaman yaxsi olun Zehra can

        Cavab yaz
        • Anonim
          Zəhra · 15 May 21:2600

          Cannn. :)) Təşəkkür edirəm. Qarşılıqlıdır. Siz də çox mehribansız. Çox yaxşı ünsiyyətdə olursuz!!! ❤️ Bəli neqativlər biraz problem yaradır. Amma yenə də yaxşıdır hər şey. Bu aralar biraz əsəbiyəm. Oruc da inşallah tutaram. :₼. Gecəniz xeyrə müəllimə !

          Cavab yaz
        • Anonim
          Allaha bagili biri · 15 May 21:3600

          Zehra can cox sagol .İnsAllah esebinizde kecer Allahin iznile .Cox sagolun bir daha diqetiniz ucun cox minnetdaram.Gecen xeyre

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.