Cəmiyyət

XI-XIV əsrlərə aid memarlıq incisi Pir Hüseyn Xanəgahına FOTOSƏYAHƏT

21 Aprel 2019 07:44
1 Şərh     Baxış: 1 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul rayonunda, Pirsaat çayının sahilində yerləşən Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğu qədim tariximizi və zəngin mədəni irsimizi özündə yaşadan abidələrimizdən biridir.

Böyük sufi şeyxi, görkəmli alim və filosof Pir Hüseyn Şirvaninin məzarı ətrafında ucaldılmış XI-XIV əsrlərə aid memarlıq kompleksi yerli və xarici turistlərin diqqətini çəkir. Ölkə əhəmiyyətli abidələrdən sayılan Pir Hüseyn Xanəgahı Azərbaycan ərazisində olan xanəgahlar arasında mühüm yer tutur. 2005-ci ildən burada tarix-memarlıq qoruğu fəaliyyət göstərir.

Milli.Az AZƏRTAC-a istinadən Bakıdan 127 kilometr məsafədə yerləşən Pir Hüseyn Xanəgahının fotoqraf İradə Qədirova tərəfindən çəkilən fotolarını təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.