Cəmiyyət

Bakıda 19 yaşlı qız itkin düşdü

26 Mart 2019 23:31
4 Şərh     Baxış: 2 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda 19 yaşlı qız itkin düşüb.

Suraxanı rayon Günəşli qəsəbəsinin sakini, 1999-cu ildə anadan olmuş Əzizova Nərgiz Famil qızı bu gün saat 14.00-da "Neftçilər" metrostansiyasının yaxınlığında yaşayan qohumunun evindən çıxıb. O, 64 saylı sərnişin avtobusuna minməli imiş.

Lakin avtobusun hərəkət istiqaməti dəyişdiyindən N.Əzizova evə getməyib və itkin düşüb.

N.Əzizovanın qohumu Məzahir Əzizli  bildirib ki, ailə üzvləri bununla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə müraciət ediblər.

N.Əzizovanı görənlərdən və ya onun barəsində məlumatı olanlardan 051-920-33-55 telefon nömrəsinə zəng etmələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.