Cəmiyyət

Gecəyarısı bacısının ərini başqa qadınla yataqda yaxaladı və... - Azərbaycanda ŞOK OLAY

21 Mart 2019 16:31
6 Şərh     Baxış: 2 968

Tovuz rayonunda yeznəsini öldürməyə cəhddə ittiham olunan Vüqar Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Vüqar Ələkbərovun barəsində prokurorluqda toplanan material araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 1-nə təyin edilib.

İttihama görə, hadisə ötən il oktyabrın 4-də Tovuz rayonun Qovlar qəsəbəsində baş verib.

1981-ci il təvəllüdlü Elbrus Ələkbərovun üstünə benzin töküb od vurublar.

Hadisə nəticəsində Elbrus Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub.

Hadisəni Elbrus Ələkbərovun qaynı Vüqar Ələkbərov törədib.

Oktyabrın 4-də, gecə saat 1 radələrində Vüqar Ələkbərov Elbrus Ələkbərovun evinə gəlib və onun başqa qadınla münasibətdə olduğunu görüb.

Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb.

Münaqişə nəticəsində Vüqar Ələkbərov özü ilə gətirdiyi benzini Elbrus Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb.

Elbrus Ələkbərov qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb.

İstintaq orqanı tərəfindən Vüqar Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Əsranur · 21 Mart 17:161812

    Halal olsun.Belə qardaşlara hörmətim var.Yoxsa,bizim qonşunun qardaşı bacının ərinə qoşulub gedir hara gedirlərsə.Mən də uşaqları o ruhda böyüdürəm.-Hər adamla qohum olmayın,pisə rast gəldinizsə,meyidini salın,bacınızı götürün,yiyə çıxın-deyirəm.Kürəkən kimdir ki,bir gözümün işığını alıb aparsın,qızıma gün verməsin,qardaşlarından da ar etməsin?Qardaş bacının arxasında dayanar.Dayanmasa,yiyəsiz bacını evlərdə incidərlər.

    Cavab yaz
  • Anonim
    aki2 · 21 Mart 17:5153

    halal olsun

    Cavab yaz
  • Anonim
    Nəriman Kərim · 21 Mart 18:0730

    boşanmalarin sayı artir səbəblə maraqlanan varmi&@*%$#!@#$%^&*()

    Cavab yaz
  • Anonim
    Предсмертное желание · 21 Mart 18:5150

    Hadise yerinden qacmaqin yeri yox idi!!!Hazirlashib bilib neye addim atir,gerey yandirib yaninda durardi!!!Onsuzda tutulacaqdin

    Cavab yaz
  • Anonim
    $$$. · 21 Mart 19:2151

    Xəyanətə qarşı hec bir dərman yoxdur ! Amma bu qədər də aqır bir cinayəti törətməyin də yeri yoxdur. Bunun adı Vəhşilikdir !

    Cavab yaz
  • Anonim
    Bəzi şərhçilərə · 21 Mart 21:0794

    Görəsən qardaşı, atası olmayan qızlar neyləsin?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.