Cəmiyyət

“Azerbaijan Public Speaking Competition” layihəsinin yarımfinal mərhələsi yekunlaşıb - FOTO

16 Mart 2019 07:25
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən "The English-Speaking Union" təşkilatının tərəfdaşı olan "Azerbaijan Public Speaking Competition" çərçivəsində 2-3 mart, 2019-cu il tarixində yarımfinal mərhələsi baş tutub.

Trend-in məlumatıan görə, beynəlxalq proqram çərçivəsində iştirakçılar peşəkar və beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən 20 saatlıq təlim kursunda iştirak etdikdən sonra 4 gün ərzində yarımfinal çıxışları üçün mentorların köməyilə öz təqdimatlarını hazırlayıblar. Bu mərhələ yekunlaşdıqdan sonra iştirakçılar yarımfinal mərhələsində "Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!" mövzusu ətrafında çıxışlar ediblər. Çıxışlar münsif heyəti tərəfindən beynəlxalq meyarlara əsasən qiymətləndirilib.

Ən yüksək balla qiymətləndirilən 10 nəfər finala vəsiqə qazanıb. Finalçıları sizə təqdim edək:

Vaqif Qasımov - Bakı-Oksford Məktəbi

Səadət Xəlilova - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Nərgiz Əli - Azərbaycan Tibb Universiteti

Lamiyə Hüseyn - "Dünya" Məktəbi

Raul Məmmədov - "Dünya" Məktəbi

Adil Qafarlı - Bakı Mühəndislik Universiteti

Murad Şahməmmədli - Dünya Məktəbi

Ləman Əlipaşayeva - Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya

Eldar Əliyev - Dövlət Gömrük Komitəsinin Akademiyası

Solmaz Fətullayeva - Azərbaycan Memarlıq və İnşaat Universiteti

Yarışmanın qalibi tələbə və şagirdlər arasında Azərbaycanın ən yaxşı natiqi seçiləcək və 13-17 May tarixlərində dünyanın ən böyük natiqlik yarışması olan "Beynəlxalq Natiqlik Yarışması"-nda ölkəni təmsil etmək hüququ qazanacaq.

APSC (Azerbaijan Public Speaking Competition) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır.

APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU "The English-Speaking Union" təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.

Eyni zamanda, APSC Amerika Birləşmiş Ştatlarının PSA "Public Speakers Association" təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan "Beynəlxalq Natiqlər Konfransı" dünyanın hər yerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər iştirak edirlər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.