Cəmiyyət

Qız-oğlan dostluğu mümkündürmü? - VİDEO - FOTO

12 Mart 2019 14:49
43 Şərh     Baxış: 8 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın-kişi dostluğu mümkündürmü? Bu sual illərdir öz aktuallığını itirmir və ən çox müzakirə edilən mövzular siyahısındadır. Sosioloqlar hesab edirlər ki, məktəb illərində parta yoldaşlığı, paylaşmaq anlayışı illər keçəndən sonra insanlar arasında bağlılıq duyğusunun yaranmasına səbəb ola bilir. 

Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" verilişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Vəfa Əkbər - Psixoloq: "Ünsiyyət varsa, kommunikasiya varsa əgər, mütləqdir ki, onların bir-biri ilə dialoqu da olmalıdır. Bu dialoq əgər çox yaxşı alınırsa, sağlamdırsa, heç bir başqa məna daşımırsa, o zaman onların dostluqları uzunmüddətli olur, çox sağlam olur". 

Cavid İmamoğlu - Sosioloq: "Bəlli bir yaşdan sonra artıq qızla oğlanın dostluğu həm qızlar tərəfindən, həm də oğlanlar tərəfindən real görsənmir. Münasibətlərin, o bağlılığın bir şəkildə möhkəmlənməsinə və gələcəkdə hansısa formada özünü sevgi, yaxud da sevgiyə yaxın romantik formada təzahür etməyindən ehtiyat edərək insanlar bəzən qız və oğlan dostluğunu real hesab etmirlər".

Əks cinslərin dostluğundakı problemlər isə hər gün bir az da qabardılır. Maraqlıdır, kişi və qadının dostluğu, həqiqətən, problemlidirmi?

Vəfa Əkbər  - Psixoloq: "Bu, yalnız o insanlara aiddir ki, təfəkkür baxımında onlar sosial varlıq deyillər, sosialdırlarsa da, özlərinin qəbahətləri var ona görə də insanları o silsilədən və o təfəkkürün yiyəsi kimi görürlər".

Hər sahədə olduğu kimi, dostluq anlayışında da savadın və təhsilin rolu əvəzsizdir. Belə ki...

Cavid İmamoğlu - Sosioloq: "Dostluğu şərtləndirən amillərdən də biri güclü təhsil və güclü tərbiyədir. Doğrudan da, insanlar adekvat təfəkkürə mailk olarsa, qarşı cinsə qarşı romantik hissləri yaranmazsa, bu, artıq təhsil və tərbiyənin nəticəsidir. Azərbaycanda da kifayət qədər oğlan və qızlar var ki, dost ola bilirlər və bu dostluğu da saxlayırlar. O aradakı qırmızı xətti, etik xətti keçmədən bir ömür də dost qala bilirlər".

Dostluq cinslə bağlı anlayış deyil. İstər qadın olsun, istərsə də kişi, yaxşı dost ömrümüz boyu ehtiyac duyduğumuz bir fiqurdur. Hissimizə güvənərək bizim üçün ən yaxşı dostu seçə bilərik, amma əsas odur ki, ağlımızla hisslərimizə də nəzarət edə bilək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qız-oğlan dostluğu mümkündürmü?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.