Cəmiyyət

“Üç sutkadır ki, suyumuz gəlmir...”

14 Yanvar 2019 13:58
0 Şərh     Baxış: 2 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının mərkəzində yaşayırıq, ancaq üç sutkadır ki, suyumuz gəlmir.

Milli.Az bildirir ki, bu sözləri qafqazinfo-ya müraciətində Yasamal rayon sakini Elvin Məlikov deyib. O bildirib ki, yaşadığı Ümid Ələkbərov küçəsi daxil olmaqla 3 sutkadır ki, 7-8 küçəyə içməli su verilmir.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələylə bağlı qafqazinfo-ya açıqlamasında bildirib ki, artıq sözügedən ərazidə içməli suyun verilməsi bərpa olunub:

"Söhbət ASAN xidmətin yaxınlığındakı ərazidən gedir. Bəli, yenidənqurma işləri ilə əlaqədar olaraq orada suyun verilməsində fasilələr yaranmışdı. Yeni su xətləri çəkildi - 600-lük, köhnə xətt 300-lük yeni xətlə əvəz olundu. Bu gün səhər saatlarında işlər tam yekunlaşıb, artıq əhaliyə içməli suyun verilməsi bərpa olunub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.