Cəmiyyət

Mübariz İbrahimova ithaf edilən mahnı və klip İraq televiziyasında yayımlanıb

11 Yanvar 2019 21:47
1 Şərh     Baxış: 1 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış bəstəkar Sevinc Tofiqqızının Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi "Mübariz" adlı mahnı və klip İraqın "TERT" telekanalında yayımlanıb.

Milli.Az xəbər verir ki, Sevinc Tofiq qızı AZƏRTAC-a bildirib ki, bu mahnının onun üçün xüsusi özəlliyi var: "Bütün dünya ölkələri bilsinlər ki, Azərbaycan yenilməz dövlətdir. Qəhrəmanlarımızın şücaətini tərənnüm edən genişhəcmli əsərlər yazılmalı, ölkədən kənarda təbliğ edilməlidir. Mübariz İbrahimov kimi qəhrəmanlarımız gənclərimizə təbliğ olunmalıdır. Mən də bir bəstəkar olaraq bunun tətbiqinə çalışıram. Milli qəhrəmanımızın ruhu qarşında bas əyirəm. Mahnını yayımladıqları üçün "TERT" Tv-nin əməkdaşlarına və rəhbərliyinə təşəkkür edirəm".

Qeyd edək ki, mahnının sözləri Baba Vəziroğluna məxsusdur. Mahnını azyaşlı ifaçı Mehdi Həsənov səsləndirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.