Cəmiyyət

Sürüşmə sahələrində vəziyyət necədir?

22 Dekabr 2018 21:14
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Bakıdakı sürüşmə sahələrində monitorinqləri davam etdirirlər. Tədqiqatların nəticələrinə görə, son günlər yağan yağış nəticəsində bəzi sürüşmə ərazilərində prosesin dinamikasında nisbi fəallıq müşahidə edilib".

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib.

ETSN rəsmisi bildirib ki, Səbail rayonunun Badamdar sürüşmə sahəsində yamacın yuxarı hissəsində uçqun töküntü prosesinin əlamətlərinə rast gəlinib.

Analoji hal Suraxanı rayonunun Zığ sürüşmə sahəsində də müşahidə olunub. Prosesin dinamikası nisbətən aktivləşib. Lakin sürüşmə sahələrində elə bir ciddi fəsad qeydə alınmayıb. Həmin ərazilərdə stabil vəziyyət saxlanılmaqdadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.