Sahilini Xəzərin ləpələri döyən viran olmuş park - Dağılmış skamyalar, paslanmış yelləncəklər, aşmış ağaclar... - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baxımsızlıqdan əziyyət çəkən "Sahil incisi"...
Söhbət Qaradağ rayonu Sahil qəsəbəsində, dəniz kənarındakı parkdan gedir. Qəsəbə sakinlərindən Milli.Az-a daxil olan məktubda bildirilir ki, onlar parkın bu halından narazıdır.
"20 ilə yaxın olar ki, bu park tikilib. Həm ərazisinin geniş olması, həm də dəniz kənarında yerləşməsinə görə həmişə istirahət üçün bura gəlmişik, uşaqlarımızı, nəvələrimizi gətirmişik. İndi isə parkda əyləşməyə salamat yer belə yoxdur. Əvvəllər burada uşaqların əyləncəsi üçün şərait də vardı".

Qeyd edək ki, parkda olduğumuz müddətdə əraziyə nəzarət edən, qoruyan bir işçiyə rast gəlmədik. Əvəzində isə uçub dağılan səkiləri, xaraba qalan fontanı, yarı qırılmış haldakı daşdan oturacaqlarla rastlaşdıq.



Mavi Xəzərin bir addımlığındakı parkda təbii ağacların çox olması sevindirici haldır. Amma qayğısızlıq zaman-zaman bu yaşıllığın da axırına çıxır. Parkda quruyub qalan ağaclar, ağac ətrafındakı tullantılar, səliqəsizlik baş alıb gedir.


Digər tərəfdən sakinlərin təkcə gündüzlər deyil, axşam saatlarında da istirahət üçün bura gəldiklərini nəzərə alsaq, parkda heç bir işıqlandırmanın olmaması daha bir problemi ortaya çıxarır. Sözün əsl mənasında, parkda əhalinin istirahəti "qara gün"ə qalıb desək, yanılmarıq.

Vaxtilə uşaqlar üçün quraşdırılan, indi bu sınıq-sökük olan əyləncə yerləri isə, sanki, müharibədən sonra tərk edilmiş yeri, xarabalığı xatırladır...


Dünyanın bir çox ölkələrində dəniz kənarında belə qəsəbələr var. Lakin onların gözəlliklərinə, yaradılan şəraitə baxdıqca insan zövq alır. Digər tərəfdən ölkəmizin əksər ərazilərində yenidənqurma və abadlıq işlərinin getdiyi, yeni parkların salındığı bir vaxtda istirahət üçün əlverişli məkanda yerləşən bu parkın acınacaqlı vəziyyəti çox təəssüfləndirici haldır.
Afaq Rza
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





