Cəmiyyət

Bakıda "Oba-market"in seyfini yarıblar

27 Noyabr 2018 23:13
0 Şərh     Baxış: 1 754
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıdakı məşhur ticarət obyektlərindən birində pul oğurlanıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Oğurluq hadisəsi noyabrın 26-da Yasamal rayonunda 29-cu polis bölməsinin ərazisində, Zərdabi küçəsində yerləşən "Oba" marketlər şəbəkəsinə məxsus mağazada baş verib. Polisə mağazanın müdiri Xəyal Kərimov şikayət edib. Müdir bildirib ki, naməlum şəxs onun kabinetinə girərək mağazanın seyfindən 2 min 300 manat pulu oğurlayıb.

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Məlum olub ki, bu adam sözügedən mağazanın kassiri, 1988-ci il təvəllüdlü Nikolay Ştondadır. Hazırda oğurluğun baş verdiyi şərait araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.