Ermənistan

“Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazırıq” - Paşinyan

21 Avqust 2025 20:35
Baxış: 378
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişinin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında əlaqələrin növbəti mərhələsindən bəhs edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında deyib ki, əgər sülh müqaviləsi imzalanarsa, qısa zamanda Ermənistanla Azərbaycan arasında müəyyən ticarət əlaqələri yaranacaq və zamanla inkişaf edəcək.  

Onun sözlərinə görə, Vaşinqton Bəyannaməsinin üçüncü bəndində tərəflərin daxili nəqliyyat əlaqələri, yəni, iki ölkənin bir-birinin ərazisindən keçidinin əhəmiyyəti vurğulanıb:

"Ermənistan iki ölkə arasında gediş-gəlişi sadələşdirməyə hazırdır".

Onun sözlərinə görə, biometrik pasportla xaricə səyahət forması necədirsə, gələcəkdə iki ölkə arasında da bu cür nümunənin tətbiq ediləcəyi nəzərdə tutulur. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.