Cəmiyyət

Bədənşəkilləndirmə əməliyyatından sonra ölən məşhur psixoloqun SON SÖZLƏRİ

21 Avqust 2025 13:54
Baxış: 805
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Etalon" hospitalda liposaksiya (bədənşəkilləndirmə) əməliyyatından sonra ölən məşhur psixoloq Nilufər Abdullanın bacısı Fidan Abdulla  Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişinə açıqlama verib.

O, bacısının ölümündə klinikanın həkimlərini günahlandırıb. Fidan Abdullanın sözlərinə görə, əməliyyatı cərrah Seymur Məmmədov icra edib:

"Bacımın əməliyyatını Seymur həkim etdi, mən bunun canlı şahidi olmuşam. Bacımı sonuncu dəfə görəndə gözlərini açdı və mənə "çox ağrıyıram" dedi. Burnundan oksigen aparatını, qolundakı təzyiqölçəni və ürək döyüntüsünü göstərən cihazı çıxardılar. Səbəbini soruşanda dedilər ki, yatıb. Halbuki yatsa belə, həmin cihazlar çıxarılmamalı idi. Aparatlar çıxarılandan sonra 35-40 dəqiqə ərzində tibb işçisi otağa daxil oldu və vəziyyəti görüb bütün həkimləri çağırdı. Bacımda nəfəs darlığı yarandı, ürək döyüntüsü sıfırlananda məni otaqdan çıxardılar. Həmin vaxt o, artıq dünyasını dəyişmişdi".

O əlavə edib ki, Nilufər Abdullanın üç azyaşlı övladı qalıb:

"Onun yeddi yaşında əkizləri və doqquz yaşında bir övladı var. Uşaqlar hələ də analarının vəfat etdiyini bilmirlər". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.