Cəmiyyət

3-cü sinif Azərbaycan dili dərsliyində təhlükəli şeir - VİDEO

30 Sentyabr 2018 21:32
3 Şərh     Baxış: 47 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəblərdə tədris olunan 3-cü sinif Azərbaycan dili dərsliyinə salınan bir şeir sosial şəbəklərdə müzakirəyə çıxarılaraq, xüsusəndə valideynlərin narazılığına səbəb olub. Valideynlərin iddialarına görə, bu şeir şagirdlərin dərsdən yayınmasına səbəb ola bilər. Məsələyə dərsliyin müəllifinin də münasibətini öyrənmişik.

3-cü sinif şagirdinin bu sözləri deməsində heç bir qəbahət yoxdur. Çünki Azərbaycan dili dərsliyinə bu fikrə əsas verən şeir salınıb. Bu şeirdə uşaqlara dərsdən yayınma aşılanır.

Şeirin bir misrasına nəzər salaq:

Barı xəstələnəydim,

Qalxaydı hərarətim.

Qurtaraydı canımı

Sabahkı dərsdən mənim.

3-cü sinif ''Azərbaycan dili'' dərsliyinin müəllifləri Gülşən Orucova, Rafiq İsmayılov, Dilrüba Cəfərova və Zahid Xəlilovdur. Sözügedən şeirin adı isə Otuz Altı,Altı adlanır. Şeiri tərcümə edən isə elə dərsliyin müəlliflərindən biri olan Gülşən Orucovadır. Valideynlərin bir qismi kitabda uşaqlara tapşırıq olaraq verilən bu şeirin birbaşa şagirdlərin dərsdən yayınmaları üçün psixoloji təsir göstərdiyini deyirlər.

Dərsliyin müəllifi və şeiri tərcümə edən Gülşən Orucova isə deyilənələrlə razılaşmayaraq bildirir ki, şeirdə şagirdlərə heç də dərsdən yayınma aşılanmır. Bu dərsi tədris edən müəllimlər əslində şagirdlərə nəticə çıxarmağı öyrətməlidirlər.

Gülşən Orucova bildirir ki, şeirin əks olunduğu bu dərslik artıq 10 ildir ki, şagirdlərə tədris olunur və şeirlə bağlı da heç bir problem yaşanmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dərslikdə uşaqlara dərsdən yayınma aşılanır?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.