Cəmiyyət

Paralimpiya idmançısı kömək istəyir: "Müalicə olunmasam, gücüm tamamilə tükənə bilər" - FOTO

25 Sentyabr 2018 13:10
0 Şərh     Baxış: 1 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

37 yaşlı Tural Qəhrəmanov miyopatiya xəstəliyinə mübtəla olub. Əzələ zəifliyindən sərbəst hərəkət edə bilmir, əlil arabasına məhkum olub. 

Milli.Az xəbər verir ki, iki qız atası olan Tural Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndində anadan olub.

Ali təhsil alıb, ixtisasca mühasibatçıdır. Lakin səhhəti işləməyinə imkan vermir. Deyir ki, davamlı müalicə almasa, gücü tamam tükənər. Müalicə üçün gərəkən dərmanlar isə çox bahadır. Bu səbəbdən də T.Qəhrəmanov Azərbaycan insanından kömək istəyir, müalicəsi və elektron əlil arabası almaq üçün:

"Elektron əlil arabasına ehtiyacım var, dərmanlarım cox bahadır, müalicə olunmasam, qollarımda və ayaqlarımda gücüm tamamilə tükənə bilər. Bütün bunlara baxmayaraq xəstəliyimlə mübarizə aparmaga calışıram. Boccia idman növü üzrə Azərbaycan paralimpiya idmançısıyam. Ən böyük arzum xarici dövlətlərdə üc rəngli bayrağımızı zirvələrə qaldırmaqdır. Bunun ücün sizlərin dəstəyinizə çox ehtiyacım var.

Xahiş edirəm Allah rizası ücün səhhətimi nəzərə alıb, müalicəm ücün və elektron əlil arabası almağıma imkanınız daxilində kömək edəsiniz. Fərq etməz neçə manat! Ürəyinizdən və əlinizdən gələn köməkliyinizi bu əlil qardaşınızdan əsirgəməyin. Hər şeyə görə əvvəlcədən sizə minnətdarlığımı bildirirəm".

Tural Qəhrəmanovun əlaqə nömrəsi və bank hesabını təqdim edirik: 

055-744-02-69, (051) 632-16-65

Bank hesabı: (Azərbaycan Beynəlxalq Bankı) AZ70IBAZ33881019446165159254. (Şəxsiyyət vəsiqəsinin nömrəsi AZE16230546)

Ünvan: Qazax rayonu, Aşagı Əskipara kəndi - Tural Qəhrəmanov Möhübbət oğlu (Qazax Mərkəzi Poçt M.Xidmətləri Şöbəsi, AZ3500).

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.