Cəmiyyət

Orxan Fikrətoğlu bu kanalda aparıcılıq edəcək

13 Sentyabr 2018 16:44
1 Şərh     Baxış: 1 394

İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni mövsümdən etibarən daha bir sevilən sima ilə tamaşaçı görüşünə gəlir. 

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Milli.Az-a verilən məlumata görə, məşhur publisist, teleaparıcı Orxan Fikrətoğlu "Halbuki" adlı yeni telelayihədə günün əsas xəbərini şərh edəcək.  

Bir sıra uğurlu layihələrin müəllifi olan Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunu tamaşaçıları artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirindən izləyə biləcəklər. 

Xüsusilə dövlətçiliyin təməl prinsiplərinin qorunmasına xidmət edəcək "Halbuki"  prioritet əhəmiyyət kəsb edən mövzuları İctimai Televiziya efirinə daşıyaraq auditoriyanın maarifləndirilməsinə çalışacaq. 

Televiziyanın İnformasiya Departamentinin nəzdində yer alacaq veriliş 17-sentyabrdan etibarən həftə içi hər gün saat 20:50-də efirə çıxacaq.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Oxucu · 13 Sentyabr 16:5110

    Görəsən niyə Real TV - yə getmədi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.