"Ekspress" qəzeti yazır ki, insan övladı yaranandan daxili xüsusiyyətləri zahirində əks etdirilir. Dahilərdən biri deyir ki, "insanın zahiri nədirsə, daxili də odur". Yəni zaman keçdikcə, insanın daxili zahirinə nüfuz edir. İnsanın həyat yolu, keçirdiyi xəstəliklər onun üzündə əksini tapır.
Mütəxəsislərin fikrincə, insanın alnı onun haqqında hər şeydən xəbər verir. Belə ki, iri, tüksüz alnı olanlar xasiyyətcə mərd, cəsur insan olurlar. Uzun alınlı, uzun sifət insanlar qəddar, kiçik alnı olanlar isə dar düşüncəli və paxıl olurlar.
Psixoloqlar hesab edirlər ki, üz cizgilərinə baxıb, ilk baxışdan insan haqqında müəyyən qənaətə gəlmək mümkündür. Psixoloq Günel Alıyevanın dediyinə görə, insan cizgilərindən danışarkən ilk növbədə gözlərə önəm vermək lazımdır. Çünki insan gözü onun qəlbinin aynasıdır. İnsanın düşüncələrini onun gözlərinə baxaraq, bilmək olur. Psixoloqun fikrincə, lider insanlar iri gözlərə malik olurlar. Orta ölçülü gözlər ağıllı, dərrakəli, gözləri kiçik olan insanlar işini bilən, hər çətinlikdən üzüağ çıxmağı bacaran, iri-bərəlmiş gözlü insanlar tənbəl, düşüncəsiz olurlar. Uzun-dartma gözlər isə qəddar və zülmkar insanlara aiddir. Psixoloq gözlərin rənginin də məna daşıdığını deyir. "Qara, qəhvəyi gözlü olan insanlar enerjili, həssas və mehriban olurlar. Mavi gözlü və yaşıl gözlü insanlar isə ürəyiaçıq olurlar. Qarışıq rəngli gözləri olan insanlar həyatdan nə istədiklərini bilməyənlərdi. Sulu gözlü insanlar səmimi, gözlərinin ağı qırmızıya çalan insanlar romantik, maviyə çalanlar bacarıqlı və dürüst olurlar".
Qaşlar da insan haqqında məlumat verir, belə ki, qalın qaşlı insanlar paxıl, yalnız öz mənafeyini düşünən, hamar və düz qaşları olan insanlar isə əksinə səmimi və cana yaxın olurlar.
İnsanın saçları, burnu, yanaqları, dodaqları da məna daşıyır. İri burunlu insanlar ürəyi açıq, mehriban, uzun burunlular sərt, acı dil, əyri burunlular xeyirxah, enli burunlular yalançı, ikiüzlü, balaca burunlular isə həssas olurlar.
Dodaqların da müəyyən xüsusiyyət daşıyıcısı olduğunu deyən G.Alıyevanın sözlərinə görə, yumru iri dodaqları olan insanlar ehtiraslı, kiçik dodaqları olan insanlar isə soyuq və hissiyatsız olurlar. "Yanaqlardan danışarkən nəzərə almaq lazımdır ki, yanaqlar insanların təkcə insani keyfiyyətlərini deyil eyni zamanda həyat tərzini də özündə ifadə edir. Sallaq yanaqları olan insanlar yuxu çatışmazlığından şikayətlənirlər. Onların yuxu problemi olur. Yumru uzunsov yanaqları olan insanlar bir qədər hissiyyatlı olurlar. Özləri bacarıqsız olduqları üçün başqalarının sevincinə sevinə bilmirlər. Gecələr yataqlarında belə başqalarının uğurunu düşünürlər".
Bəzən el arasında deyirlər ki, "onun qulağı böyükdür, ömrü uzun olacaq". Psixoloq isə hesab edir ki, burada heç bir reallıq yoxdur. "Hansısa orqanın böyük və ya kiçik olması ömrün uzun və ya qısa olmasına dəalət etmir. Nə qədər yaşayacağımıza bizi yaradan qərar verir. Böyük qulaqlar sakit xasiyyətin, kiçik qulaqlar isə çılğınlığın əlaməti kimi dəyərləndirilə bilər".
Üz cizgilərindən danışarkən çinli alimlərin araşdırmalarına daha böyük diqqət yetirmək lazımdır. Alimlərin araşdırmaları zamanı məlum olub ki, insan üzünə baxıb cizgilərin, xətlərin nə anlam daşıdığını bilmək mümkün olur. Çinli alimlər hesab edirlər ki, insan üzündə çənənin quruluşu özünü müdafiə etməni biruzə verir. Geniş çənə mərhəmətsizlik, iti çənə tez əsəbi, ikiyə ayrılmış çənə qərarsızlığı, dar çənə inadcıl, iri çənə qərarlılığın əksidir. Uzun çənə mehribanlılıq, irəliyə meyilli çənə mərhəmətliliyi bildirir.
Çin alimləri saçlara baxaraq, insan haqqında fikir formalaşdırmağın mümkün olduğunu iddia edirlər. Onların fikrincə, qara yumşaq saçı olanlar həssas, qara cod saçları olanlar əsəbi və eyni zamanda bacarıqlı olurlar. Qəhvəyi saçlılar mehriban, sarı saçlılar isə sadə və her şeyə tez inanan olurlar.
İnsanın üz cizgilərinə baxaraq, ürəyindən keçənləri də bilmək mümkündür. "Yalanı cizgilərə baxaraq necə hiss etmək olar?" Yəqin ki, bu hamını ən çox maraqlandıran suallardan biridir. G.Alıyevanın bildirdiyinə görə, yalan danışan insan həmsöhbətinin gözünün içinə baxmaqdan çəkinir, gözlərini yayındırır. "Bir yalan danışan insanlar, bir də problemli insanlar başqalarının gözlərinin içinə baxmaqdan çəkinirlər. Amma onların gözlərinə diqqət yetirsəniz, bütün suallarınıza cavab tapmış olarsınız. Hər zaman deyirlər ki, gözlər qəlbin aynasıdır. Bu, həqiqətən də belədir. Suallarınız cavabsız qalırsa, mütləq həmsöhbətinizin gözlərinə baxın, bu zaman bütün suallarınıza cavab tapmış olacaqsınız".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanlı mütəxəssis üz cizgilərimizin sirri haqqında
8 Sentyabr 2011 23:07
0 Şərh
Baxış: 6 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bu avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
-
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
Gəncədə ata və anasından sonra nənə də 13 yaşlı qızdan imtina etdi - YENİLƏNİB
-
Zeynal Bayramlıya yüksək vəzifə verildi - FOTO
-
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
-
Xudayar son nəfəsində bu sözləri YAZIB - “Bu da…”
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhur bloqerlərin toy FOTOları müzakirə yaratdı
-
Bu avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
-
Soyuducuya maqnit yapışdıranlara ciddi xəbərdarlıq
-
Mahşəhr neft-kimya kompleksinə hücum edildi - ölənlər var
-
Safurə həyat yoldaşı ilə VİDEO paylaşdı
-
ABŞ-nin helikopterləri İranda vuruldu
-
Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi
-
Günün qoroskopu: Karyera pillələrində irəliləmək üçün çox əlverişli gündür
-
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
“Liverpul” son 11 ilin klub antirekordunu qırdı
-
Əraqçi bombardman olunan nüvə obyektlərinin siyahısını açıqlayıb
-
Gəncədə ata və anasından sonra nənə də 13 yaşlı qızdan imtina etdi - YENİLƏNİB
-
Avstraliyada güclü zəlzələ oldu
-
Bu testdən keçməyən yumurtanı əsla yeməyin
-
2026-cı ildə Dünyada İlin Avtomobili bəlli oldu: Zirvədə bir Alman nəhəngi
-
Kərə yağı ilə qatıq mayalamaq olar?
-
İsrail İranda neft-kimya kompleksinə zərbə endirdi
-
Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır
-
Çiyələkləri yuduqdan sonra əsla soyuducuya qoymayın
-
30 ildən sonra bu bürc üçün nəhayət qızıl dövr başlayır
-
Qapıçı öz yerindən rəqib qapıya qol vurdu - VİDEO
-
"Hollivudun ən yaxşı öpüşən kişisi odur" - FOTO
-
“Real” son dəqiqə qolu ilə məğlub oldu
-
Zeynal Bayramlıya yüksək vəzifə verildi - FOTO





