Cəmiyyət

Bakıda yol qəzaları çoxalıb

2 Aprel 2010 13:02
Baxış: 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev Trend-ə bildirib ki, yanvar-mart aylarında Bakıda 238 yol qəzası zamanı 82 nəfər həlak olub, 240 nəfər xəsarət alıb. Şöbə rəisi deyib ki, bu ilin ilk 3 ayında Bakıda baş vermiş qəzalar ötən illə müqayisədə 2,6 faiz, ölüm 6 faiz, xəsarət isə 32 faiz artıb.

Qəzaların 144-ü piyadavurmadır. Qəzalarda 44 piyada həlak olub, 116 nəfər yaralanıb.

Bu ilin ilk rübündə Bakı Yol Polisi əməkdaşları 2066 sərxoş sürücünü cəzalandırıb.

380 sürücü qəza şəraiti yaratdığı, 380-ni tabe olmadığı, 3386-sı işıqforun qırmızı işığında keçdiyi, 186-sı avtomobili nömrəsiz, 1330-u isə pərdə və plyonkalı avtomobil idarə etdiyi üçün saxlanılaraq barələrində inzibati cəza tədbiri görülüb.

Hesabat dövründə yol-hərəkəti qaydasını pozan 4004 piyada cərimələnib.

587 avtobus sürücüsü isə sərnişindaşıma qaydalarını pozduğu üçün cəzalandırılıb.

/Trend/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.