Cəmiyyət

Akademik: "Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini yüksək səviyyədə həll edir"

22 İyul 2018 17:20
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalaraq Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycan mətbuatı hazırda uğurlu inkişaf dövrünü yaşayır.

Deputat əlavə edib ki, kütləvi informasiya vasitələrimiz (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutaraq yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bu il Azərbaycan mətbuatının yaranmasının 143-cü ildönümünün qeyd olunduğunu xatırladan Y.Mahmudov milli mətbuatımızın böyük tarixi ilə fəxr etməli olduğumuzu da söyləyib: "1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazıb. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, insanları dini mövhumata və cəhalətə qarşı mübarizəyə çağırmışdır. Bu, ictimai fikir tariximizin böyük nailiyyətidir".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun KİV ilə sıx əməkdaşlıq etdiyini deyən Y.Mahmudov bildirib ki, institutun gördüyü işləri mətbuatımız müntəzəm olaraq və yüksək səviyyədə ictimaiyyətə çatdırır: "Tarix İnstitutunun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev Tarix İnstitutunu "ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi" adlandırmaqla institutumuza çox yüksək qiymət verib. Təsadüfi deyil ki, Tarix İnstitutu soyqırımı problemi üzrə Beynəlxalq Əlaqələndirmə Mərkəzinə çevrilib. Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və Azərbaycanın müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas tədqiqat obyektidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.