Cəmiyyət

Xəlifə sözünün mənası nədir?

19 İyul 2018 21:10
12 Şərh     Baxış: 39 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xəlifə" sözü ərəbcə "x-l-f" kökündəndir və canişin, əvəzedici, bir kəsdən sonra onun yerini tutan şəxs mənasını verir. Dilimizdə də eyni kökdən olan "xələf" sözü "sələf" sözünün əksi kimi işlədilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, dini ədəbiyatda xəlifə Həzrət Mühəməd Peyğəmbərin (s) canişini mənasında işlədilir. Peyğəmbərin (s) vəfatından sonra onun adından müsəlman torpaqlarını idarə etmiş şəxslər xəlifə adlandırlımışlar. Onlara ehtiramla "xəlifətu Rəsulallah", yəni Allahın Rəsulunun xəlifəsi deyirdilər. Xəlifələrin idarəçiliyi altında olan torpaqlar xilafət adlanırdı. Tarixin müxtəlif dönəmlərində xəlifələr Mədinə, Kufə, Dəməşq, Bağdad və İstanbul şəhərlərində yaşamış və hakimiyyət sürmüşlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.