Cəmiyyət

Azərbaycanda iki avtomobil toqquşub, səhiyyə işçiləri xəsarət alıb

17 İyun 2018 23:45
0 Şərh     Baxış: 1 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qızılhacılı kəndinə gedən yolda baş verib. Rayon xəstəxanasının stomatoloq həkimi, 1985-ci il təvəllüdlü Musayev Orxan Əli oğlu idarə etdiyi "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən başqa bir "VAZ" markalı avtomobil onun maşınına çırpılıb.

Qəza zamanı "Lada Priora" yolun kənarında olan işıq dirəyinə çırpılıb. Nəticədə sürücü O. Musayev və Naftalan təcili tibbi yardım stansiyasının işçisi 1984-cü il təvəllüdlü Balacayev Həsən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.