Cəmiyyət

“Privet voram!”: Azərbaycan məktəbindən məzunlar birbaşa oğru aləminə atılır? - VİDEO

14 İyun 2018 22:04
2 Şərh     Baxış: 6 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədris ilinin başa çatması ilə bağlı bu gün Xaçmaz rayonunun Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyində keçirilən "Son zəng" tədbiri zamanı oğru aləmini vəsf edən mahnılar səsləndirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən tədbirin rəsmi hissəsinin başa çatmasının ardınca məzunlar "Dolya vorovskaya", "Oğrular" kimi cinayətkar aləmi təbliğ edən mahnıların sədaları altında rəqs edirlər.

Azərbaycanda onsuz da son dövrlər cinayətkar aləmin, "vor zakon"ların və bu aləmin qanunlarının istər mətbuatda, istər cəmiyyətdə təbliği geniş vüsət alıb. Cinayətkar aləmi vəsf edən mahnıların, meyxanaların toylarda səslənməsi adi hala çevrilib. Və belə görünür ki, bu tendensiya çoxdan orta məktəblərə də ayaq açıb, əks halda Xaçmazdakı həmin məktəbin məzunları milli rəqsləri, yaxud vətənpərvərlik mahnılarını bir kənara atıb nədən oğru aləmini vəsf edən mahnılara oynayardılar?

Digər tərəfdən məktəblərdə son zəng tədbirlərinin təşkilatçıları bədii hissənin tərtibatına da nəzarət etməli deyilmi?

Bu sualla məktəbin direktoru Nurcahan Abasovaya müraciət etdik. Direktor  yayılmış video kadrlardan xəbərdar idi və dərhal təkzibə keçdi.  O, həmin mahnıların məktəbdəki son zəng tədbirinin başa çatmasından sonra səsləndirildiyini deyir: "Tədbir qurtarandan sonra uşaqlar özləri üçün oxuyub-oynayıblar. Yəni həmin musiqilər tədbir müddətində səslənməyib. Bizdə tədbirin proqramı da var, kim istəsə dəvət edək, gəlib baxsın. Nazirin əmri ilə saat 12-də tədbir qurtarıb və biz məktəbi bağlamışıq, dağılışmışıq. Məktəbin həyətində kimsə çalıb-oynayıbsa, ona məktəb  cavabdehdir?"

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehoğlu isə məsələdən xəbərsiz olduğunu,dedi: "Şübhəsiz ki, əgər belə hal varsa, yaxşı hal deyil. Biz bununla bağlı araşdırma aparıb sizə məlumat verərik".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan məktəbindən məzunlar birbaşa oğru aləminə atılır?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.