Cəmiyyət

6 ay gündüz və 6 ay gecə olan ölkələrdə namaz vaxtları necə müəyyən edilir?

10 İyun 2018 15:15
1 Şərh     Baxış: 3 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bildiyimiz kimi dünyanın bəzi yerlərində 6 ay gecə, 6 ay gündüz olur. Həmin yerlərdə namaz vaxtları necə müəyyən edilir? Bu ölkələrdə yaşayan müsəlmanar namazlarını onlara ən yaxın, normal gündüz və gecə olan şəhərin namaz vaxtlarına uyğun qılmalıdırlar.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Dəccal haqqında səhabələrinə danışarkən onlar soruşdular: "O, yer üzərində nə qədər qalacaq?" O dedi: "Qırx gün (qalacaq, on­lardan) bir günü il, bir günü ay, bir günü cümə (bir həftə) kimi, digər günləri isə sizin günləriniz kimi olacaqdır". Biz soruşduq: "Ey Allahın Elçisi! İl kimi olan o gündə bizə bir günün namazını qılmaq kifayət edərmi?" O dedi: "Xeyr, özünüz onun üçün vaxt təyin edin!". (Muslim, 110/2937, 5228, 7560). Hədisdən də göründüyü kimi Peyğəmbər (salləllahu aleyhi və səlləm) müddəti 1 ilə bərabər olan 1 gündə, beş vaxt fərz namazlarının qılınmasını yetərli görməmişdir. Əksinə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər 24 saatlıq müddət üçün beş vaxt fərz namazı qılmaları lazım olduğunu və yaşadıqları ölkələrdə o günkü zaman fərqini təsəvvür edərək adi günlərdə qıldıqları namazları o günün müddətinə uyğun bölüşdürüb qılmalarını əmr etmişdir. (Elmi Araşdırmalar və Daimi Fətvalar Komitəsi, cild: 6, səh: 130-136).
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.