Darı dənli bitkilərdəndir. Əvəllər onu "qızıl dən" adlandırıblar. Darının sarı, ağ, boz və qırmızı rəngələri olur. Ondan şərq ölkələrində də, slavyan ölkələrində də istifadə olunur. O şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. Onu digər dənli qidalardan fərqləndirən tərkibində yağın miqdarının çox olması və orqanizmdən antibiotiklərin xaric olunmasını sürətləndirməsidir. Bu səbəbinə görə mütəxəssislər antibiotik qəbulundan sonra darıdan hazırlanan yeməklərlə qidalanmağı məsləhət bilir. Darı orqanizm üçün çox faydalı olan dənli qidalardandır. Ondan əsasən sıyıqların hazırlanmasında istifadə olunur. Milli.Az immunitet.az-a istinadən bildirir ki, darı dənələri sarının açıq qəhvəyiyə çaları rəngdə olur. Onun növlərindən asılı olaraq rəngləri müxtəlif çalarlarda ola bilir. Darı allergiyaya səbəb olmayan qidalardandır. O orqanizm tərəfindən asan sorulur. Buna görə də qidalara qarşı həssaslığı olan adamlara da darı yemək mümkündür.
Darının tərkibi 12-15% zülallardan, 2-4% yağlardan, 0,5-0,8% liflərdən, az miqdarda şəkərdən, B1, B2, PP vitaminlərindən, kalium və maqniumdan ibarətdir. Onun tərkibi əvəzolunmaz amin turşularla, mikro və makro elementlərlə, fol turşusu ilə zəngindir.
Onun tərkibində olan zülalların miqdarı düyüdə olduğu qədər, yağların miqdarı isə yulafın tərkibində olduğu qədərdir.
Tibbdə darı gücü artırmaq, möhkəmləndirici məqsədlə qəbul edilir. Darı əzələ sisteminin möhkəmlənməsinə səbəb olur. Darı tez bişən dənli qidalardandır. Ondan şorbaların və digər qidaların bişirilməsində, pudinqlərin hazırlanmasında istifadə edilir. Atereskleroz, şəkərli diabet xəstələrinə darı şorbası yemək çox faydalıdır.
Darı yeməkləri ilə qidalanmaq orqanizmdən antibiotik artıqlarının və toksinlərin xaric olunmasını sürətləndirir. Xalq təbabətində darıdan aşağıdakı xəstəliklər zamanı istifadə edilir.
Şiş xəstəlikləri zamanı 1 xörək qaşığı darı 2 stəkan suda 15 dəqiqə qaynadılır, 21 saat termosda saxlanılır. Həmin dəmləmə gündə 3 dəfə ½ stəkan olmaqla qəbul edilir.
Şəkərli diabet xəstəliyində darı yuyulur və qurudulur. Üzərinə qaynar su əlavə edilir və 2 saat saxlanılır. Bu su gündə 3 dəfə ½ stəkan olmaqla qəbul edilir.
Darının zərərli xüsusiyyətləri
Çoxlu miqdarda darıdan istifadə edən kişilərdə cinsi zəiflik meydana çıxa bilir. Çoxlu miqdarda darı yemək orqanizmdən yodun sorulmasını ləngidir. Bəzi həkimlər darıdan çox istifadə edənlərə yod preparatları qəbul etməyi məsləhət bilir. Yod çatışmazlığından əziyyət çəkənlərə darı yeyərkən həkimləri ilə məsləhətləşmələri tövsiyə edilir.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Darı yarmasının faydaları
2 İyun 2018 23:10
1 Şərh
Baxış: 7 781

DİGƏR XƏBƏRLƏR
-
Təbii kərə yağını necə seçək? - Ekspert AÇIQLADI
-
Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsi qəbul edilib
-
Bakı aeroportunda insanlar təxliyə olunur? - RƏSMİ AÇIQLAMA
-
Ucuz tur axtararkən fırıldaqçılardan necə qorunaq? - Mütəxəssisdən AÇIQLAMA
-
Metroda sıxlıq yarandı - Qatarlar yubanır - YENİLƏNİB - FOTO
-
Avtobusun döşəməsi çöktü, sərnişin yıxıldı – AYNA-dan CAVAB
XƏBƏR LENTİ
-
PUA hücumu ilə əlaqədar Moskva səması qapadıldı - YENİLƏNİB
-
"Müəllimənin ad günü oldu, bacısının ad günü oldu, anası, babası öldü pul yığılır” - VİDEO
-
Xızıda ağır qəza - ölən var
-
Kamçatkada güclü zəlzələ oldu
-
"Oğlanlar buna görə evlənməyə qız tapmır"
-
Məhkəmədə Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edilib - FOTO
-
Azərbaycanda çox da yeyilmir, ancaq xərçəngdən qoruyur, qaraciyəri təmizləyir
-
Bakının məşhur bazarında söküntü başladı - VİDEO
-
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
-
Təbii kərə yağını necə seçək? - Ekspert AÇIQLADI
-
Hüseynin xanımına aldığı maşını göstərməsini QINADI - FOTO
-
Tramp: Rusiya ilə gərginlik artarsa, bunlar olacaq
-
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü geridə qaldı - FOTO
-
Əhməd əl-Şaraa: İsrail Suriya ərazisindən çıxmalıdır
-
Azərbaycanda güclü torpaq sürüşməsi oldu - FOTO
-
Üzeyir Hacıbəylinin 140 illik yubileyi ADA Universitetinin Qazax Mərkəzində qeyd olunub - FOTO
-
Maştağada gəlini amansızca qətlə yetirən qayınata: "Nəvələrimi söyürdü" - VİDEO
-
Bu qidalar kişilərin "evini yıxır" - Açıqlama
-
Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi
-
Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsi qəbul edilib
-
İcra başçısına ağır itki
-
"Təzə gəlin evdə tapılmır, Nadirin pullarını xərcləyirlər, nə veclərinə..."
-
III Bakı Təhlükəsizlik Forumu təşkil olunub - FOTO
-
Mabel Matizə cinayət işi açıldı - Məhkəməyə aparıldı