Cəmiyyət

İmam Əlinin namazla bağlı tövsiyələri

15 Aprel 2018 21:45
10 Şərh     Baxış: 2 372

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurub: "Beş vacib namazın vaxtlarına nəzarət edin. Çünki bu namazlar Allah dərgahında xüsusi mövqeyə malikdirlər".

"Hər kim (azan) səsini eşidər, səbəbi olmadan ona cavab verməzsə, deməli namaz onun üçün deyildir".

"Hər kim namazını azan və iqamə ilə qılar, bir dəstə mələk arxasında namaz üçün dayanar ki, bu sıranın iki tərəfi də görünməz. Hər kim namazını təkcə iqamə ilə qılarsa, arxasında bir mələk namaz qılar".

"Dörd zamanda dua etməyi qənimət bilin: Quran qiraət edən zaman, azan zamanı, yağış yağan zaman, müharibədə mömin ilə kafir ordusunun üzləşdiyi zaman".

"Ey Kumeyl! Sənin şən və məqamın namaz qılmaq, oruc tutmaq və sədəqə verməklə deyildir. İnsanın şəni ondadır ki, namazı pak qəlblə yerinə yetirsin, Allah tərəfindən qəbul olsun və təvazö ilə əda olunsun".

"Hər kim namazın haqqını tanıdığı halda onu yerinə yetirərsə - bağışlanar".

"Yorğun və mürgüləyən halda namaz qılmayın. Namaz vaxtı öz fikrinizdə olmayın. Çünki Allahın dərgahında dayanmısınız. Həqiqətən, bəndənin namazının o qədəri qəbul olar ki, qəlbən Allaha diqqət etmişdir".

"Namaz ancaq durmaq və oturmaq deyildir. Həqiqətən namaz - sənin ixlasındır ki, Allahdan başqasını iradə etməyəsən".

"Ən oğru insan o kəsdir ki, namazından oğurlayar".

"Məgər cəhənnəm əhlinin cavabına qulaq vermirsiniz ki, onlardan sual olunan zaman deyərlər: "Sizi cəhənnəmə nə düçar etmişdir?". Deyərlər: "Biz namazqılanlardan olmamışıq"".

"Ey Kumeyl! Bax gör harada namaz qılırsan? Nəyin üstündə namaz üçün dayanmısan? Əgər namaz üçün istifadə etdiyin şey halal və mübah olmazsa, namazın qəbul olmaz".

"Peyğəmbər (s) mənə buyurmuşdur: "Ey Əli! Hər namazın təqibatında "Ayətül-kürsü"nü oxu. Çünki onu əziz tutmaz, məgər o kəs ki, ya peyğəmbər olar, ya da siddiq və şəhid məqamına çatmış olar".

Allahım, bizləri Əlivari (ə) namaz qılanlardan qərar ver!

Milli.Az

Şərh yaz:

10 Şərh:

  • Anonim
    .. ه · 15 Aprel 21:51810

    AMİN!! Əlıvari (ə) namaz-Allahın böyuk lütfü olar.

    Cavab yaz
    • Anonim
      $.$.$. · 16 Aprel 06:49240

      Sabahınız xeyir. universitetdə təhsil alıram.qrupumuzdan mən və 3 qız namaz qılırıq. şukur.əlhəmdurullah həm təhsilimiz həm də işlərimiz cox gözəl gedir. Allahın lutfu ustumuzdən əskik olmasın.Amin !

      Cavab yaz
      • Anonim
        .. ه · 16 Aprel 10:47300

        Sabahınız xeyir.Allah qəbul etsin.Bəziləri yaş ötdukdə namaz qılırlar.Amma Allaha ibadət gənclıkdə olanda savabı daha coxdur .Allah amanında olasınız.Elminizi Allaha xatir sərf edəsiniz.

        Cavab yaz
  • Anonim
    Bakili · 15 Aprel 23:030120

    Enyaxcisi veluvaru ve pirveluvaru dur

    Cavab yaz
    • Anonim
      Bakiliya · 15 Aprel 23:13380

      Yaxçısı budur sən agzuvu açmaginən.

      Cavab yaz
  • Anonim
    Dilek · 15 Aprel 23:38320

    ALLAH bütün namaz qılanların namazını qebul etsin.Amin.

    Cavab yaz
    • Anonim
      Diləyə · 15 Aprel 23:58200

      Amin.Sizin də namazlariniz qəbul olsun.

      Cavab yaz
  • Anonim
    Ehli beyt aşiqi · 16 Aprel 10:28320

    Aminn

    Cavab yaz
    • Anonim
      $$$-nikli xanıma · 16 Aprel 10:57230

      İmam Sadiq ə.,,Hər kəs elm oxusa ,oxuduguna əməl etsə və Allah yolunda öyrətsə mələkut aləmində əzəmətlə yad olunar və deyilər -Allaha görə öyrəndi,Allaha xatir əməl etdi ,Allaha görə öyrətdi,,

      Cavab yaz
  • Anonim
    TN · 16 Aprel 11:43220

    Amin!Amma Hz.Əlinin tayı bərabəri yoxdur.Möminlərin tənha əmiri,Kəbədə doğulan ilk və son insan,namaz üstə zəkat verən, Qədr gecəsində səcdə halında şəhid olan,peyğəmbər əkrəm üçün hazılanmış ölüm yatağında yatan və daha da fəzilətlərə mənsub olan Ya ƏLİ adıva qurban!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.