Badımcan çoxillik tərəvəz bitkisidir. Badımcanın vətəni Hindistanın tropik rayonları hesab edilir. Burada badımcan yabanı halda bitir. Badımcan Aropa ölkələrində XIII-XV əsrlərdə birillik tərəvəz bitki kimi becərilməyə başlamışdır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, badımcanın təbii rəngi bənövşəyidir. Amma, son illərdə onun müxtəlif rəngli növləri yetişdirilmişdir. İndi badımcanın ağ, sarı, qəhvəyi, hətta qara rəngi də var. İndi hətta badımcanın müxtəlif ölçülü və formalı çeşidləri(yumurtaya, armuda,slindirə, şara bənzər) də var. Bu giləmeyvənin ( badımcan giləmeyvədir) çəkisi 30 qramdan 2 kiloqrama qədər ola bilir. Növündən asılı olmayaraq badımcan bir az bərk, bir az yumşaq, xırda toxumlu və özünəməxsus dada malik olur. Badımcan quru qida maddəsi kimi istifadə edilmir.
Kalori dəyəri
Badımcanın kalori dəyəri 24 kKal-dir və yağsız dietik qida maddəsi hesab edilir.Bişmiş duzsuz badımcanda 33 kKalori olur. Duza qoyulmuş badımcan 189 kKaloriyə malik olur. Bu səbəbdən də duza qoyulmuş badımcandan çox istifdə etmək piylənməyə səbəb ola bilir.
100 qram badımcanın qida dəyəri:
- Zülal - 1,2qr
- Yağlar - 0,1qr
- Karbohidratlar - 4.5qr
- Su - 91qr
- Kalori dəyəri - 24kKal.
Badımcanın tərkibində şəkər, sülallar, yağlar, kalium, kalsium, natrium, maqnium, fosfor, brom, xlor, aliminium, dəmir, yod, molibden, ftor, kolbat, sink, müxtəlif mikroelementlər və B1, B2, B6, B9, C, P, PP, D vitaminləri var. Mütəxəssislər, dietoloqlar badımcanın orqanizm üçün faydalı olduğunu söyləyirlər. Belə ki, onun tərkibi liflərlə, pektin və digər dietik maddələrlə zəngindir. Bu maddələr orqanizmdən xolesterinin azalmasına və artıq qidaların xaric olunmasına səbəb olur.
Badımcandan hazırlanan yeməklər ateresklerozun, ürəyin işemik xəstəliklərinin, öd daşı xəstəliyinin əmələ gəlməsinin qarşısını alır, qanda pis xolesterinin miqdarının azalmasına səbəb olur. Badımcandan bişirilən yeməklərlə qidalanmaq qan azlığını aradan qaldırır. Badımcan şəkər xəstəliyi və böyrək xəstəlikləri zamanı çox faydalıdır. Yaşlı adamlara daha çox faydası dəyir. Belə ki, badımcan ürək damar xəstəlikləri əlamətlərini və bu xəstəliklər səbəbindən əmələ gələn şişkinliyi aradan qaldırır. Onun hamilə qadınlara çox xeyri var. Badımcan bakteriasid təsirə malik olan qidalardandır.
Badımcanın tərkibində olan təbii turşular atereskleroz xəstəliyinin əlamətlərini azaldır və xəstəliyin sağalmasına yardım edir.
Badımcana xüsusi tünd dad verən "solanin M" adlı maddədir. Bu maddənin həddindən çox olması orqanizm üçün zəhərlidir, amma, badımcanın tərkibində onun miqdarı çox az olur. Badımcanı duza qoyub saxladıqdan sonra əllə sıxaraq suyunu axıtdıqda bu zəhərli maddə xaric olur. Ən dadlı və ən faydalı badımcan göy-qara rəngli, parlaq qabığa malik, nazik və uzun, toxumu az olan badımcan hesab edilir.
Badımcandan hazırlanan qidalar qara ciyər və böyrək xəstələri üçün çox faydalıdır. Onun tərkibində olan bal və dəmir qanda hemoqlobinin artmasına, dərinin gözəlləşməsinə səbəb olur. Mütəxəssislər uşaqlara və hamilə qadınlara badımcandan hazırlanan yeməklərdən itifadə etməyi məsləhət bilir. Buna səbəb isə badımcanın tərkibinin vitaminlər və mikroelementlərlə zəngin olmasıdır. Tərkibində karbohidratların miqdarı az olduğuna görə badımcan artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkənlər üçün əla qida vasitəsi hesab edilir. Badımcanın şirəsi bakteriasid təsirə malikdir və yaraların sağalmasını sürətləndirir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Badımcanın faydaları və zərərləri
7 Aprel 2018 22:50
0 Şərh
Baxış: 59 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Nəriman Həsənzadənin SON DURUMU - Vəziyyəti ağırdır
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər - FOTO
-
Doqquz ay ərzində neçə qanunsuz tikili sökülüb? - RƏSMİ
-
Yollardan və bazarlardan kolbasa almayın: At ətini mal əti adından yeyirik
-
Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir - QAYDA
-
"Qarabağ"ın formaları narazılığa səbəb oldu
XƏBƏR LENTİ
-
Dünyanın ən gözəl qızı Fatimə oldu - FOTO
-
Azərbaycan "COP29"la dünyaya nümunə oldu
-
Nəriman Həsənzadənin SON DURUMU - Vəziyyəti ağırdır
-
Prezident ədliyyə orqanları işçilərini təltif etdi - SƏRƏNCAM
-
"Xanımlar, kişiləri boş buraxmaq olmaz"
-
Rəqsanə əri Fazil Əmiraslanovdan AYRILIB?
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər - FOTO
-
Doqquz ay ərzində neçə qanunsuz tikili sökülüb? - RƏSMİ
-
Yollardan və bazarlardan kolbasa almayın: At ətini mal əti adından yeyirik
-
"Onun-bunun ərindən uşaq doğanlar..." - Efirdə qalmaqal
-
Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR
-
Tramp "Türkiye" adı ilə zarafat etdi - VİDEO
-
Kamaləddin Qafarov: “YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”
-
Zolağından çıxan avtobus sürücüləri əslində 40 manat cərimələnməlidir - QAYDA
-
Azərbaycana gətirilən çeddar pendirində zərərli bakteriya aşkarlandı - FOTO
-
Ermənistan nümayəndə heyəti Bakıdadır
-
Torpaq sürüşməsi oldu - Xeyli sayda ölən və itkin düşən var
-
Prezident: Biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik
-
İlham Əliyev: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır
-
“Yeganə” şadlıq sarayı yüksək məbləğdə borca düşdü
-
Azərbaycan Prezidenti: Qlobal böhranlar və çətinliklər dövründə ölkələrimizin media sahəsində həmrəyliyi olduqca vacibdir
-
Prezident: Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir
-
"Qarabağ"ın formaları narazılığa səbəb oldu
-
Prezident İƏT D-8 media forumunun iştirakçılarına müraciət ünvanladı





