Cəmiyyət

Bakıda "Cosplay" yarışması keçiriləcək - VİDEO

29 Mart 2018 21:38
0 Şərh     Baxış: 2 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda "Cosplay" yarışması keçiriləcək.

Cosplay nədir? Cosplay "costume" ve "play" sözlərinin birləşdirilməsi ilə əmələ gəlmiş, "kostyumlu səhnəcik/teatr" olaraq tərcümə olunur. Cürbəcür aksesuarlar və kostyumlar istifadə edərək, yapon cizgi filmləri olaraq bilinən anime, komiks, film, oyun, kitab və cosplay sənətçilərinin özlərinin yaratdığı personajları yamsıladığı kostyum və teatr sənətidir.

AzeCON Azərbaycanda ilk və tək Cosplay Konvensiyasıdır. Bu tədbir anime, manqa/komiks, kibersport və Yapon müasir mədəniyyəti ilə maraqlanan insanları böyük miqyasda bir araya gətirməyi hədəfləyir. Beləcə, AzeCON Azərbaycanın müxtəlif regionlarından eyni maraq sahəsinə malik hər yaşda insanların fikir mübadiləsi apardığı. Eləcə də, iştirakçılar sevdiyi oyun/film/animelərindəki sevimli personajlarının roluna bürünəbilər.
Konvensiyamızın tərkibində, anime, manqa, komiks, film, ədəbiyyat, oyunlarla bağlı təqdimat və satış standları, karaoke, rəqs meydançası, video klip çəkilişi, xüsusən cosplay sənətçiləri üçün fotosessiyalar və hamının həyəcanla gözlədiyi "Cosplay Yarışması" var!

Növbəti AzeCON 15 apreldə Holiday İnn otelində baş tutacaq. Təşkilatçı - Azerbaijan Anime Community (Azərbaycan Anime Cəmiyyəti). Giriş biletlidir https://iticket.az/events/azecon-the-galactic-journey

Rəsmi səhifələr

https://www.facebook.com/AzerbaijanAnimeCommunity/?ref=bookmarks

https://www.facebook.com/events/460192087650591/

Əlaqə nömrəsi və Whatsapp : 055 817 12 39

Facebook hesabı: https://www.facebook.com/profile.php?id=100006633482077

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
В Баку пройдет красочный Косплей фестиваль Galactic Journey

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.