Bugünkü hərrac: 40 dövlət əmlakı özəlləşdirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 mart tarixində keçirilən növbəti hərracda rekord göstərici qeydə alınıb.
Komitədən Milli.Az-a verilən məlumata görə, bu hərracda 40 əmlak özəlləşdirilib. Ümumilikdə 40 dövlət əmlakının özəlləşdirilməsinə 47 sifariş verilib. Təkcə 8 əmlak üzrə 18 sifariş verilib. Sifarişlərdən 7-si isə elektron qaydada verilib. Bu dəfəki hərraca iki investor onlayn qoşularaq iştirak edib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi isə hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradıb. Budəfəki hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyəti, 7-i kiçik dövlət müəssisəsi, 21-i qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Bakının Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edib. Həmin əmlaka 4 sifariş verilib. Hərrac zamanı alıcıların təklifləri ard-arda səsləndirilib. Rəqabət nəticəsində ilkin start qiyməti 20 min olan obyektə edilən təklif 150 min manatadək yüksəlib. Başqa sözlə edilən təklif əmlakın ilkin start qiymətindən 7 dəfə çoxdur. Bu əmlakın hərracında alıcılardan biri onlayn şəkildə qoşulmuşdur.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakının Nəsimi və Sabunçu rayonunda, Hacıqabul, Tovuz, Masallı, Şəki, Xızı rayonlarında yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 62.3 kv.m olan Hacıqabulda yerləşən 12/1 saylı mağaza və Bakının Nəsimi rayonunda olan 13 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa, Şəkidə özəlləşən 80 saylı idman malları mağazası sahibi üçün xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 220 kv.m dən çox, torpaq sahəsi isə 270 kv.m-ə yaxındır.
Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 12-si Bakının Səbail, Nərimanov, Xətai, Binəqədi və Yasamal rayonlarında, digərləri isə Gəncədə, Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən və Qazaxda yerləşir. Paytaxtın Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 44 kv.m-ə yaxın olan olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 118 kv.m-ə olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Martın 27-si keçirilən hərracda Bərdə Mexanikləşdirilmiş Dəstə Açıq səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib.
Özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə, o cümlədən sənaye, turizm, səhiyyə, xidmət, tikinti sahələrinə aid olan müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir. Bu isə belə müəssisələrin səmərəli fəaliyyət göstərməsi və yeni iş yerlərinin açılması deməkdir. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...
-
Londonda magistr təhsili aldı, Qarabağ Universitetində müəllim oldu
XƏBƏR LENTİ
-
Azərbaycan millisi 2-ci qolu vurur - Yenilənir
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...
-
Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi
-
Robert Pattinson Yeni Ceyms Bond seçildi
-
Kvaratsxeliya yeni peşəyə keçir
-
"Əvvəl alma-çörək yeyirdim, indi kürü..." - Nadir Qafarzadə
-
Londonda magistr təhsili aldı, Qarabağ Universitetində müəllim oldu
-
Başına top dəyən futbolçu öldü
-
600-dən çox bal toplayanlar hərbi xidmətdə xüsusi bölmələrə cəlb olunacaq
-
Azərbaycanda bu avtovağzal satışa çıxarıldı
-
Bakıda turistləri daşıyan mikroavtobus qəza etdi
-
Gəncədə 42 yaşlı kişi binadan yıxıldı
-
Azərbaycanda aktyor vəfat etdi - (Foto)
-
Direktorların işə qəbul nəticələri açıqlandı
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)





