Cəmiyyət

“Əgər Allaha yardım edərsəniz...” ayəsini İmam Əli belə izah edib

24 Mart 2018 21:40
2 Şərh     Baxış: 2 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər." (Muhəmməd-7)

İslaminSesi.info - İslam etiqadına və bütün səmavi dinlərin qəbul etdiyi dindünya görüşünə əsasən Mütəal Allah bütün varlıq aləminin Xaliqi, idarə edəni, ehtiyacsız və mütləq qudrət sahibidir. Mütləq, yəni hər növ ehtiyacdan uzaq və yenilməz qüvvət sahibidir. Bütün varlıq öz varlığında Ona möhtacdır.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Qurani Kərim Mütəal Allahın İslam peyğəmbərinə (s) nazil etdiyi kitabdır və bu kitab Allah tərəfindən hər növ təhrif və müdaxilədən qorunur:

"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu mütləq (hər cür təhrif və təbdildən,artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"  (Hicr-9)

Qurani Kərimin müxtəlif növ özünə məxsus müraciyət, kinayə, sual və bu kimi təbirləri vardır. Bu növ ifadə və təbirlərdən biri də "Muhəmməd" surəsindəki "Əgər Allaha yardım etsəniz..." ifadəsidir:

"Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər."  (Muhəmməd-7)

Təbii ki, insan məhdud, özünün köməyə, rəhm olunmağa ehtiyacı olan bir varlıqdır. Mütləq güc sahibi Xaliqin məhdud bir məxluqdan kömək istəməsi ən azı ağıl tərəfindən qəbul edilməzdir. Elə isə bu ayənin mətləbini Quranın ifadə və bəyan tərzində axtaraq!

Quranda bu və bu kimi şərt ifadəli ayələrdən geniş zikr olunub. Məsələn:

"Məni xatırlayın ki, Mən də sizi xatırlayım" (Bəqərə-152)

"Əğər (Mənə) şükr etsəniz sizə nemətimi artıraram" (İbrahim-7)

"Əhdimə vəfa edin ki, Mən də əhdinizə vafa edim" Bəqərə-40)

Bütün nöqsan sifətlərdən pak və uca olan Allah (sübhanəllah) ehtiyacsız və mütləq qüdrət sahibidir!

Bu kimi ayələrin zahiri düşündürücü və mütəşabeh (bənzər olsa da) ayənən sonunda gələn "sizi xatırlayım", "sizə nemətimi artıraram", "sizi sabitqədəm edər" ifadələri yenə də insanın möhtaclığını, Allahın isə mütləq hakiyiyyətə sahib olduğunu bir daha bəyan edir.

İmam Əli (ə) "Nəhcuı-Bəlağədə" Allaha yardım mətləbinə toxunaraq buyurub:

"Əgər Allaha yardım etsəniz, Allah da sizə yardın edər...Sizin qədəmlərinizi möhkəm edər!

Allah carəsizlikdən və möhtaclılığdan sizdən kömək istəmir!

O, Özü hikmət və qüdrət sahibi olduğu halda sizdən yardım istəyir...

Bütün yerin və göylərin ordusu Onun ixtiyarındadır!

Onun sizdən yardım istəməsi sizi ayırmaq üçündür (imtahan)...

Sizin yaxşı əməl sahibi olanlarınızı ayırmaq üçündür!... (özünüzü təsdiq etməniz üçün...)

(Nəhcül-Bəlağə xütbə-183)

Mərhum Əllamə Təbatəbai ayənin təfsirində buyurur:

"Allahın bu ayəsi cihada təhrik etmək üçündür. Allahın dini yolunda döyüşdükləri təqdirdəAllah da onlara kömək vəd edir. Allaha yardım etməkdə məqsəd, Allah yolunda cihad və haqq kəlimənin (tohid) yayılmasıdır. Nəinki (bu döyüşməklər) yer üzündə qüdrət, qənimət əldə etmək üçün və ya şücaət göstərmək üçündür.

Bu Allah yolunda cihadın müqabilində Allahu Təala da onlara (möminlərə) tofiq, qələbə, iqtidar, kafirlərin ürəyinə qorxu... vəd edir.

Bu möminlərin ürəklərinə qüvvət və cəsarət vermək üçün işlənmiş bir kinayədir (ifadə tərzi)."

(Təfsiri-mizan ayənin təfsiri)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.