Cəmiyyət

“Rəcəb” ayının adları

24 Mart 2018 20:40
58 Şərh     Baxış: 2 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəcəb ayı müqəddəs üç ayların ilkidir. Bu üç ayın özünə məxsus fəzilətləri vardır. Rəcəb ayında olan xüsusi özəlliklərə görə ona aşağıdakı adlar verilmişdir

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki,  "Rəcəb" Cənnətdə bir arxın da adına verilən isimdir. Xüsusi əzəmətə və hörmətə layiq olduğundan "heybətli", "hörmətli", "təzim etmək", "çəkinmək", mənalarına da gəlir. Çünki, insanlar bu ayda silahlarına əl atmaz, bu aya hörmət əlaməti olaraq sülh və əmin-amanlıqda yaşayardılar.

1."Rəcm" (Daşlamaq) - İnsan bu aydan etibarən özünü Ramazan ayına hazır edir, tövbə və istiğfarlar şeytanı sanki daşlayır və özündən uzaqlaşdırır.

2. "Mutəhhər"(Təmizləyici) - Bu ayda oruc tutanların günahının bağışlanması və beləliklə Ramazana pak şəkildə daxil olmasına zəmin yaratdığı üçün bu ad verilmişdir.

3."Tövbə" - Bu ayda insan sanki, qəflət yuxusunda oyanıb, öz yaradanına qarşı tövbə vasitəsi ilə qayıdır. Bağışlanma diləyir.

4."Etiraf" - Bu ayda insan müqəddəs üç aylara daxil olduğundan Rəbbi ilə üns qurur və Onun qarşısında günahlarını etiraf edir.

5."Fərd" (tək) - Rəcəb ayı digər haram aylardan ayrı düşdüyü üçün ona bu ad verilmişdir.

6."Əsabb" - Suyun axışına verilən addır. Bol tökülən, dolu mənasına gəlir. Bu ay ilahi rəhmət insana bol-bol nazil olduğu üçün bu adı almışdır.

7."Mudir" - Eyni adlı qəbilə bu aya daha çox hörmət bəsləyirdi. Digər tayfa və qəbilələr bu aya məcburiyyət üzündən hörmət edirdilərsə bu qəbilə könüllü şəkildə bu aya təzim və hörmət edirdilər. Bu səbəbdən ayın bir adı da o qəbilənin adı adlandırılmışdır.

8."Əhəbb" -( sevimli, sevilən)- İnsanların Allaha yönəlməsi ilə ilahi rəhmətin də qəlblərə nazil olması və Allahın bəndələri sevməsinə görə verilən addır.
9. "Sabiq" (Öndə olan) - Haram ayların birincisi olduğu üçün bu ad verilmişdir.

10."Əsam"(kar) - Bu ay haram ay (müharibə və s qadağan olunan ay) olduğundan hətta bir nəfər yaxınlarından birinin qatilini gördükdə, yaxud onunla rastlaşdıqda özünü görməməzliyə vururdu. Onun haqqında ona verilən məlumatı da eşitməməzlikdən gələrdi. Odur ki bu aya bu "kar" mənasına gələn Əsam adı verilmişdir.
11."Munsilul -Əsinnə" - Bu aya hörmət əlaməti olaraq insanlar qılınclarını qınlarına qoyduğu üçün bu adı qazanmışdır.

12. "İlahi ip" - Allah bu ayı özü ilə bəndələri arasında ilahi ip (vasitə-vəsilə) qərar vermişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.