Cəmiyyət

Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitələrindən istifadə edir

23 Mart 2018 17:48
0 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 32,3 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,1 faiz azalma müşahidə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yüklərin 4,3 faizi dəniz, 6,6 faizi dəmir yolu, 0,1 faizi hava, 58,3 faizi avtomobil nəqliyyatı, 30,7 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 1,1 faiz artaraq 23,7 milyon ton təşkil edib.

2018-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 299,2 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox sərnişinə xidmət göstərib.

Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 12,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.