Cəmiyyət

“Qələm” surəsinin fəzilətləri

27 Fevral 2018 21:20
0 Şərh     Baxış: 4 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qələm" surəsi Quranın 68-ci surəsidir ki, 52 ayəsi vardır. Bu surə Məkkədə nazil olmuşdur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) bu surə barəsində buyurur: "Hər kim "Qələm" surəsini oxuyar, Allah xoş əxlaqlı insanların savabını ona əta edər".

İmam Sadiq (ə) buyurur: "Hər kim "Qələm" surəsini vacib və müstəhəb namazlarında oxuyarsa, heç bir zaman yoxsulluğa düçar olmaz. Öləndən sonra qəbirdə qaranlıqdan amanda olacaqdır".

Bu surənin bərəkətləri:

1. Diş ağrısı. Həzrət Peyğəmbər (s) buyurur ki, əgər bu surəni yazsalar və o kəsin ki, dişi ağrıyır, onu yanında gəzdirərsə - ağrısı həmin an sakit olar.

2. Göz dəyməsinin qarşısını alar. Bu surənin 51 və 52-ci ayələrini yazıb evin divarından asmaq və ya özünüzlə gəzdirmək - göz dəyməsinin qarşısını alar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.