Cəmiyyət

Artrit nədir?

1 Fevral 2018 22:20
1 Şərh     Baxış: 18 466
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Artrit - oynaq iltihabı olan bir xəstəlikdir. Oynaq, iki sümüyün birləşdiyi yerdir. Bağlı olduğu bədən parçalarının hərəkət etməsinə imkan yaradan bir funksiyası var. Artrit əslində bir və ya daha çox oynağın iltihablanması mənasını verir. Artrit xüsusilə oynaq ağrıları ilə xarakterizə edilir.

Artritin əlamətləri

Milli.Az deyerler.org-a istinadən bildirir ki, artritin əlamətləri artritin tipinə görə müxtəliflik büruzə verir. Artrit başlanğıcı və irəliləyişinin ən ortaq əlaməti oynaqlarda meydana gələn şişkinlik və ağrıdır. Digər artrit əlamətləri isə bunlardır:

- səhərin erkən saatlarında yaşanan oynaq sərtliyi

- yorğunluq

- ümumiyyətlə yaxşı hiss etməmə

- çəki itkisi

- yüngül qızdırmalar və ya gecə tərləməsi

Digər tərəfdən, bu ifadə edilənlər bir çox başqa xəstəliyin əlamətləri də ola bilər. Bu səbəblə, ortaya çıxan problemlərin artrit qaynaqlı olduğundan əmin olmaqda fayda var.

Artritin səbəbləri

Artritin, yəni oynaq iltihabının bir çox tipi və bir çox səbəbi var, bu səbəblə, artriti tək bir səbəbə bağlamaq mümkün deyil. Artritin səbəbi artrit tipinə görə dəyişir. Digər tərəfdən, ən məşhur artrit səbəbləri bunlar ola bilər:

- yaralanma, degenerativ artritə yol aça bilər.

- anormal maddələr mübadiləsinə yol aça bilər.

- osteoartrit kimi, irsi bir faktor nəticəsində yarana bilər.

- lime xəstəliyi kimi artritə gətirib çıxara bilən infeksiyalar var.

Əksər artrit tipi silsilə faktorun bir kombinasiyası olaraq ortaya çıxır. Digər tərəfdən, bəzən səbəbi tam olaraq ifadə etmək olduqca çətindir və ortaya çıxması əvvəldən təxmin etmək mümkün olmur.

Artritin müalicəsi

Artritin müalicəsi artritin tipinə, meydana gəldiyi bölgəyə, şiddətinə, davamlılığına və altda yatan tibbi vəziyyətlərinin mənşəyinə bağlı olaraq dəyişir.

Tətbiq olunan hər artrit müalicəsi insana xüsusi olaraq formalaşdırılır. Müalicə üsulları arasında isə, evdə müalicə üsulları, reseptsiz və reseptli dərmanlar və cərrahi əməliyyatlar, yəni artrit əməliyyatı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.