Cəmiyyət

Qadağandır, amma Bakıda almaq olur - VİDEO

17 Dekabr 2017 21:15
1 Şərh     Baxış: 5 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belində məktəbli çantası olan iki az yaşlı tütün məmulatları satılan köşkə yaxınlaşır.

Satıcı ilə biraz söhbət etdikdən sonra bir neçə siqaret paketi arasından özlərinə birini seçirlər. Satıcı isə onların yaşlarına məhəl qoymadan pulunu alıb siqareti satır.

Milli.Az bildirir ki, görüntülər paytaxtın Xətai rayonu Vunqtau küçəsində lentə alınıb.

Sözügedən köşkü axtarıb tapdıq. Satıcı isə videodakı görüntülərlə razılaşmır.

Müxtəlif bəhanələr gətirən satıcı hətta görüntülərdəki ünvanın başqa yer olduğuna bizi inandırmağa çalışsa da, sonradan özü də görüntülərin orda çəkildiyini etiraf etdi.

Satıcı özü də zərərli vərdiş olan siqaretin azyaşlılara satılmasını pisləsə də, videodakı şəxsin başqa satıcı olduğunu deyərək boynundan atmağa çalışdı. İddia etdiyi siqaret paketi ölçüsündə saqqıza isə onun köşkündə rastlamadıq.

İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması qadağandır. Qaydalara əməl etməyənləri 100 manata qədər cərimə gözləyir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qadağandır, amma Bakıda almaq olur - Uşaqlara siqaret satılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.