Cəmiyyət

Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir - 170 yaşı var - VİDEO

13 Dekabr 2017 21:51
0 Şərh     Baxış: 7 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 170 ilə yaxın yaşı olan ilk aptek hələ də əhaliyə xidmət edir. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün 1850-ci ildə ilk aptek yaradılıb. Özü də balıqçı gəmisində.

Milli.Az bildirir ki, XIX əsrdə yaradılmış ilk aptek indi də öz təyinatı üzrə faəliyyət göstərir.

Sözügedən aptek Neftçalanın Bankə qəsəbəsində yerləşir. Hələ XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. Yerli əhali ilə yanaşı balıq vətəgələrində yüzlərlə İrandan gələn həmişəri, rus, tatar, gürcü muzdlular çalışır. O vaxtlar vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər də görülür. Məhz həmin dövrdə-1850-ci ildə Bankədə, balıqçı gəmisində ilk aptek yaradılır.

O dövrdə qəsəbədə fəhlələr üçün daşdan hörülmüş, taxtadan düzəldilmiş 1-2 mərtəbəli binalar inşa edilib. Artıq kombinatda sıxlıq olduğundan Bankə balıq vətəgəsi xəstəxanası və aptek həmin binaların birində yerləşdirilib.

Azərbaycanda ilk yaradılan aptek əvəllər olduğu kimi bu gün təkcə qəsəbənin deyil, hətta qonşu kəndlərin də əhalisinə xidmət gödtərir. Lakin 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir - 170 yaşı var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.