Cəmiyyət

Baş prokuror: "Bu ilin ilk yarısında adamların girov götürülməsi, banditizm və cinayətkar birlik yaradılması kimi cinayətlər qeydə alınmayıb"

30 İyul 2011 10:42
Baxış: 1 151
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycan Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2011-ci ilin birinci yarısında görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Milli.Az qurumun saytına istinadən xəbər verir ki, məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib.

Məruzədə bildirilib ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. 2000-ci ilin aprelindən başlayan hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilib, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib.
 
Digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində hesabat dövründə kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində işlər görülmüşdür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2011-ci ilin birinci yarısında respublikada qeydə alınmış ağır və xüsusilə ağır, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd, seksual xarakterli zorakılıq hərəkətləri, dələduzluq, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb, adamların girov götürülməsi, banditizm və cinayətkar birlik yaradılması kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 12139 cinayətin 82,2 faizi açılıb. 

Bu ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Gəncə şəhəri üzrə 2, Zaqatala, Neftçala, Lənkəran və Ağdam rayonlarının hər birində 1 bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.