Saxtakarlardan yeni FIRILDAQ: öz nömrənizdən gələn zənglərə cavab verməyin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əksəriyyət tanımadığı nömrələrdən gələn zənglərə cavab verməməyi üstün tutur. Bəs sizə zəng gəldiyində telefonunuzun ekranında öz nömrəniz görsənərsə, nə edərsiniz?
Milli.Az xəbər verir ki, heç bir halda bu cür zənglərə cavab verməyiniz məsləhət görülmür. Çünki dəstəyi götürsəniz, fırıldaqçıların hiyləsinə aldanmış olacaqsınız.
Bu cür vəziyyətlə qarşılaşmış və zərər çəkmiş bir şəxsin hekayəsini təqdim edirik:
Texasdan olan Enson Messi ona zəng gəldiyində çox təəccüblənmişdi. Çünki zəng edən elə özü idi. Messi deyir:
Mən telefona cavab verdim və əks tərəfdə mənə hesabımın təhlükə altında olduğu deyildi.
Ondan sosial sığorta nömrəsinin son 4 rəqəmini daxil etməsi istənildi.
Yaxın keçmişdə oğrular bankları yarmaq üçün fiziki gücdən istifadə etməli idi. Hazırda texnologiyanın inkişaf etməsi ilə sizin bank hesabınızdan pul oğurlamaq daha da asanlaşıb.
Saxtakarlara sizin pulunuza yiyələnmək üçün "spufinq" kömək edir. Bu çətin termin sizə yaxın zamanda cibinizdə bir qəpiyin belə qalmayacağını deyir.
Təsəvvür edin gecə yarısı özünüz özünüzə zəng edirsiniz. Fikirləşə bilərsiniz ki, siz gələcəkdən özünüzə zəng edib uduşlu lotoreya biletlərinin nömrəsini deyirsiniz. Siz bu qədər şanslı deyilsiniz.
Bu, zarafat deyil. Sizə zəng edən fırıldaqçılardır. Onların məqsədi sizin şəxsi məlumatlara yiyələnmək və hesabınızı "boşaltmaq"dır.
Deyək ki, marağınıza məğlub olub zəngə cavab vermisiniz. O zaman tez dəstəyi asın. Siz xətdə nə qədər çox qalsanız, fəsadlar da o qədər pis olacaq. Kim bilir, onlar danışıq vaxtı sizin pulunuzla nə edə bilər.
Məsləhət görülür ki, zəngdən dərhal sonra bütün hesablarınızı yoxlayasınız.
Ən yaxşı variant isə bu cür zənglərə cavab verməməkdir. Ən azından kvant fizikası alimlərinin paralel dünyaların varlığını sübut edəcəyi vaxta qədər. Bəlkə həmin zəng gələn zaman dəstəyin o biri başında, doğurdan da, siz ola bilərsiniz.
Adil Nəcəfov
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
XƏBƏR LENTİ
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib





