Cəmiyyət

Trombosit azlığı nədir

10 Dekabr 2017 21:20
0 Şərh     Baxış: 39 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Trombositlər qan laxtalanması üçün lazımlı və qanda olan əhəmiyyətli elementlərdir. Trombositopen, yəni trombosit azlığı isə normal fasilələrlə müqayisə edildiyində qandakı trombosit sayının aşağı olması deməkdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, normal trombosit sayı mikro litr hesabı ilə 150.000 və 450.000 arasında dəyişir (bir litrin milyonda biri). Qan dövranına buraxılan trombositlərin yalnız, təxminən üçdə ikisi qanda dolaşmaqda və geri qalanı isə tipik olaraq dalaqda yığılır. Trombositlərin həyat dövrü ümumiyyətlə təxminən 7-10 gündür, bu səbəblə, köhnələri davamlı olaraq yenilərilə dəyişir.

Trombosit azlığı necə sağalır? Trombosit göstəriciləri çox aşağı olmasa və əlamətlər yoxdursa, müalicəyə ehtiyac yoxdur. Narahatlığa səbəb olacaq qədər aşağı trombosit göstəricilərini yaradan problem müalicə edilir.
Trombositi aşağı olanlar üçün, müalicə üsulu immun sisteminə təsir edən dərmanları qəbul etməkdən ibarətdir. Bu dərman ümumiyyətlə kortikosteroid ehtiva edən bir dərmandır.

Trombosit əməliyyatı
Bir ildən sonra müalicəyə cavab verməyən trombosit azlığı olanlarda dalağı çıxarmaq üçün əməliyyat tətbiq olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.