Azərbaycanda məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayının artırılması ilə bağlı hökumətə təkliflər verilib.
Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov Trend-ə bildirib ki, azadlığın məhdudlaşdırılması cəzasının ləğvindən sonra məntəqə tipli müəssisələrin sayının artırılması zərurəti yaranıb. Bu zərurəti nəzərə alaraq, Penitensiar Xidmət məntəqə tipli müəssisələrin sayının 14-dən 25-ə çatdırılması ilə bağlı təkliflə çıxış edib.
"Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs vaxtından əvvəl azadlığa buraxılandan sonra azadlığın məhdudlaşdırılması cəzasının çəkildiyi xüsusi müəssisələrə göndərilirdi. Bu cəza ləğv olunduğu üçün belə məhkumlar məntəqə tipli müəssisələrə köçürüləcəklər. Ona görə də məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayı artırılmalı və həmin müəssisələrdəki şərait dəyişdirilməlidir. Həmin müəssisələr müvafiq standartlara cavab verməli, istehsalat sahələri, infrastruktur və kommunikasiya sistemi ilə təmin olunmalıdır", - rəis müavini deyib.
Əlixanovun sözlərinə görə, həmin müəssisələr respublikanın bütün regionlarını əhatə edəcək və hər birinin ərazisinin 5 ha olması nəzərdə tutulub.
Bu müəssisələrdə məhkumların işlə təmin olunması məqsədilə istehsalat və təsərrüfat sahələrinin yaradılması da planlaşdırılır.
PX rəsmisi qeyd edib ki, hazırkı müəssisələrin çox az qismində məhkumların işlə təmin olunması üçün lazımi şərait mövcuddur, digər müəssisələrin ərazisi kiçik olduğundan və lazımi imkanlar olmadığndan həmin müəssisələrdə istehsalat sahələrinin yaradılması qeyri-mümkündür.
Əlixanov təsərrüfat sahələri üçün nəzərdə tutulan müəssisələrdə əsasən heyvandarlıq sahələrinin yaradılacağını deyib.
"Hazırda 2 məntəqə tipli müəssisədə təsərrüfatlar var. Onlardan birinin sahəsi 1000, digərinin sahəsi isə 500 hektardan artıqdır. Bu müəssisələrdə heyvandarlıq sahələri yaratmaq mümkündür", - o deyib.
Penitensiar Xidmət məhkumların işlə təmin olunması məqsədilə müəssisələrdə istehsalat və təsərrüfat sahələrinin yaradılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə, Ədliyyə, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim edib.
Onun sözlərinə görə, bu məqsədlə maliyyə vəsaitinin və yerlərin ayrılması məsələsi həll olunduqdan sonra proses başlayacaq.
İstehsalat sahələrinin müxtəlif istiqamətlərdə yaradılmasının nəzərdə tutulduğunu deyən rəis müavini bu məsələnin daha çox iş adamlarından asılı olduğunu qeyd edib.
Əlixanov bildirib ki, Penitensiar Xidmətin müəssisələrində istehsalat sahələri yaradan iş adamlarına vergi və digər sahələrdə güzəştlər tətbiq olunacaq.
"Bu, iş adamlarına, məhkumlara və dövlətə sərfəli olmalıdır", - Əlixanov vurğulayıb.
Azərbaycanda məhkumların təxminən 20 faizi işlə təmin olunub.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayı artırılacaq
28 İyul 2011 15:05
Baxış: 18 104

DİGƏR XƏBƏRLƏR
-
Yayda Azərbaycanda münasib büdcə ilə harada dincələ bilərik?
-
Günün qoroskopu: Qorxma, çünki hər yeni gün yeni bir nəfəsdir
-
Zaurun efirində gərgin anlar: Ər-arvad qırğına çıxdılar - VİDEO
-
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
-
Boşanma zamanı kredit borclarını kim ödəməlidir? - Vəkil AÇIQLADI
-
“Sadəcə QR oxuduram və qatara minirəm” - YENİLİK
XƏBƏR LENTİ
-
Hibrid müharibələrin kölgəsində sülh: xaosu kim idarə edir?
-
Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur
-
Konstitusiya Məhkəməsinə dörd yeni hakim təyin olunub
-
Xalq artistinin dəbdəbəli bağ evindən VİDEO yayıldı
-
Bakıda küçələrdə "kahinlər" peyda olub - İnsanları terapiya edirlər - VİDEO
-
Türkiyənin bu təklifi erməniləri dəli elədi
-
Su Təchizatı Xidmətinin nümayəndələri ilə Səbail sakinlərinin görüşü keçirilib - FOTO
-
Bu əlamətləri nəzərə almadı, 15 ay sonra bağırsaq xərçəngindən öldü
-
Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”
-
İlham Əliyev: ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Türkiyədəki yanğınlarda 2 nəfər öldü - FOTOlar
-
Süni intellekt sayəsində hamilə qaldı
-
Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi
-
Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”
-
Jotadan sonra daha bir futbolçu qəza törətdi, bacısı öldü - FOTO
-
Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO
-
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ
-
Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO
-
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib - FOTO
-
Bakı Asiyanı Avropa ilə birləşdirir
-
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
-
Professorun oğlu faciəli şəkildə öldü - FOTO