Cəmiyyət

İnnab - şəfa mənbəyi

2 Noyabr 2017 22:10
0 Şərh     Baxış: 5 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnnab həcm olaraq kiçik ölçülərə sahib olmasına baxmayaraq, tərkibində bol miqdarda vitamin və mineral daşıylr. Aşağı səviyyədə kalorilə, yetişdirilməsində heç bir zərərli dərman istifadə edilməyən bir çox xəstəliyə şəfa olan innabın istehlakı tövsiyə edilir.

Arıqlamağı sürətləndirir
Milli.Az deyerler.org-a istinadən bildirir ki, innab aşağı kalorili bir meyvədir, buna görə arıqlamaq istəyənlər üçün əhəmiyyətli bir qida qaynağı ola bilər. Xüsusilə idmançılar tərəfindən istehlak edilən innab, eyni zamanda itirilən enerjinin təkrar bərpası üçün məşqlərdən sonra yeyilməlidir.

Stresslə mübarizədə təsirlidir, eyni zamanda antidepresant xüsusiyyətinəmalikdir. Bu xüsusiyyətinə görə stress atmaq üçün ideal bir meyvədir. İnnab inanılmaz bir antioksidant mənbəyidir. Xüsusilə qaraciyərdə meydana gələn ziyanlara və xərçəngə qarşı qorumanı təmin edə bilər. Bir çox xəstəliyin səbəbi olan sərbəst radikallara qarşı maddələr mübadiləsini və hüceyrələri qoruyur.

Astma və bronxitə qarşı çarə
Bəzi səhiyyə mütəxəssisləri qızdırmasalıcı xüsusiyyətinin olduğunu söyləyir, astma və bronxit narahatlıqlarını qarşı yaxşı təsir edə bilər. Allergik xəstəliklərə qarşı imuniteti qüvvətləndirir. Göz xəstəliklərinə qarşı qoruyucu xüsusiyyətinə malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.