Ölkə

BDU-nun ən yaşlı tələbəsi I kursda oxuyur - FOTO

11 Oktyabr 2024 23:45
Baxış: 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Dövlət Universitetinin (BDU) ən yaşlı tələbəsinin adı açıqlanıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, BDU-nun mətbuat xidmətindən bildirlib ki, 51 yaşlı Anaxanım Dadaşeva I kurs tələbəsidir.

"Əzmi ilə heyrət doğuran Anaxanım Dadaşeva qadın üçün çətin sayılan bir peşəyə sahib olmaqdan ötrü 51 yaşında böyük həvəslə ali təhsil alır. "Oxumaq heç vaxt gec deyil" ifadəsi sanki onun boyuna biçilib", -deyə BDU-dan ən yaşlı tələbə haqda qeyd edilib.

Anaxanım Dadaşeva BDU-nun Geologiya fakültəsinin "Mədən mühəndisliyi" ixtisasının I kurs tələbəsidir.

"Öncə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə "Neft və qaz yataqlarının istismarı" ixtisası üzrə daxil oldum. Bu yaşdan sonra ali təhsil arxasınca getməyi isə ümumiyyətlə düşünmürdüm. Qızım universiteti bitirib ailə həyatı qurduqdan və oğlum iş sahibi olduqdan sonra fikirləşdim ki, bəlkə mən təhsilimi davam etdirim. 2019-cu ildən subbakalavrların universitetlərə imtahansız qəbulu ilə bağlı qərarın verilməsi isə mənim üçün stimul oldu. Seçmək istədiyim ixtisasın qiyabi şöbəsinin ləğv edilməsi  bir az tərəddüd yaratdı, amma ətrafımdakı insanlar bu seçimin yaxşı olduğuna inandırdılar, davam etməyim üçün təşviq elədilər", - Anaxanım Dadaşeva bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.