Hər səhər hamımız güzgü qarşısında durub, özümüzü qaydaya salırıq, özümüzə gülümsəyirik. Psixoloqlar insanların hər səhər güzgüyə baxıb "mən gözələm, mən cazibədaram, mənim işlərim yolunda olacaq" deyərək, gülümsəyib evdən çıxmalarını məsləhət görürlər. Onların fikrincə, insan, emosiyalarını ilk öncə özü ilə bölüşməlidir. Belə ki, onlar sabahını gülərüzlə inamla açan insanın bütün işlərinin yolunda olacağını düşünürlər.
Bəli, qeyd edildiyi kimi, insan, emosiyalarını özü ilə bölüşməlidir. Amma bunu edərkən nəzərə almaq lazımdır ki, böyük yaddaş gücünə malik olduğu üçün bütün emosiyaları özündə cəmləşdirmək və ötürmək qabiliyyətinə malikdir.
Xalq arasında olan adət-ənənəyə görə, bir ailənin təməli qoyularkən, nişan mərasimində oğlan evi qıza bəxt güzgüsü aparır. Belə ki, toy gecəsi qızla oğlan eyni zamanda özlərinə baxmalıdırlar. Bu, onların bütün ömrü boyu bir yerdə ola bilmələri üçün bir addım kimi qəbul edilir. Və bu güzgü ailənin səadətini qorumaq üçün ömür boyu saxlanılmalıdır. Bəxt güzgüsü sınanlar, inanclara görə, mütləq ailə həyatlarında bədbəxtliklə qarşılaşırlar.
Deyilənə görə, güzgü sınandan insan 7 il müddətində müxtəlif çətinliklərlə qarşılaşır. Xalq inanclarında güzgünün sınması və ya çatlaması yaxın bir adamın, dostun, tanışın öləcəyinə və ya bədbəxtliyə işarə kimi qəbul edilir. Bu inanclara inanmaq olarmı? Axı insan taleyi ilə güzgünün nə əlaqəsi ola bilər? Arxasına nazik alüminum təbəqəsi çəkilmiş şüşələrin bizim həyatımızda nə rolu ola bilər?
Bu inancları sınayıb, nəticələri ilə qarşılaşanlar da olub. 43 yaşlı Səadət Atakişiyeva danışır ki, 4 il bundan öncə təsadüfən əli güzgüyə dəyir, nə qədər tutmağa çalışsa da güzgü yerə düşür parçalanır və həmin gecə babasının vəfat etdiyi xəbərini alır. 29 yaşlı Səmayə isə güzgü sınmasının ən pis nəticəsi ilə qarşılaşıb. Onun dediyinə görə, gəlin köçən günü güzgü yengənin əlində öz-özünə parçalanır. "Sadiqlə 4 illik sevgidən sonra ailə qururduq. Ailə qurmağımıza hər iki tərəf narazı olsa da, biz geri çəkilmədik və nəhayət, valideynlərimizi razı sala bildik. 2005-ci ilin sentyabrında toyumuz oldu. Gəlin köçən gün Sadiqgilin evinə az qalmış maşında yanımda oturmuş yengənin əlində güzgü öz-özünə çatladı. Tez üzərinə şəkər, su səpdilər. Ürəyim elə narahat oldu ki, düşünürdüm ki, nəsə olacaq. Deyirlər, güzgü sınandan sonra 40 gün içində nə olacaqsa, olur. 38 gün qorxu içində yaşadım, axırıncı günlər idi. Ürəyim əsirdi. Qanım qara oturmuşdum. Hər dəqiqə nəsə olacağını gözləyirdim. Sadiq də evə gecikirdi. Artıq hava qaralmışdı, birdən evin telefonu zəng çaldı. Tez qaçıb götürdüm. Sadiqin avtomobil qəzasına düşdüyünü bildirdilər. Dəli kimi olmuşdum. Sadiq iki gün komada qaldı, 40-cı gün qollarımın arasında keçindi".
Başqa bir hadisə isə, mənim həyatımda yaşanıb. 2004-cü ildə yenicə nişanlanmışdım. İlk öncə hər şey öz axarı ilə gedirdi. Nişanlandığım müddətdən artıq 8-9 ay keçmişdi. Bir gecə qəribə bir yuxu gördüm. Yuxuda evimizdə yığıncaq olduğunu gördüm. Qonşulardan stul daşınırdı evimizə. Qadınlar oturub, söhbətləşirdilər. Yığıncağın mənə aid olduğunu hiss edirdim. Əynimə yeni paltar geyinmişdim. Güzgüyə yaxınlaşıb, özümə baxmaq istəyirdim. Güzgünün qarşısında yenicə durmuşdum ki, əvvəlcə güzgü qaranlıq oldu, daha sonra isə ələ alınmayacaq qədər xırdalanaraq önümə töküldü. Vahimə içində yuxudan ayıldım. Amma dost-tanış bunun sadəcə, yuxu olduğunu və buna önəm verməməyi mənə məsləhət gördülər. Unutmağa çalışdım... və ailə qurdum. Yaşamadığım problem qalmadı. Mən yuxumu həqiqətdə yaşadım. Artıq bu il 7-ci il tamam oldu.
Güzgü ilə bağlı hadisələr müxtəlifliyini və mütəxəssislərin fikrini nəzərə alsaq, deyə bilərik ki, insan siluetini özündə canlandıran güzgülər özündə mistik qüvvəyə malikdir. Yəni güzgülərin yaddaş və insanların həyatına təsir etmə qabiliyyəti var. Nə qədər qəribə səslənsə də, həqiqətə uyğun görünməsə də, yaşanılan hadisələr bunu bir daha sübut edir. Güzgülər insan talelərinə təsir etmə qabiliyyətinə malik olduqları üçün onların yuxuda görülməsi də, real həyata təsir göstərir. Məsələn, yuxuda sınmış güzgü və yaxud güzgünün sınması birbaşa bədbəxtliyə işarədir.
Parapsixoloq Sevdacan Balayeva güzgülərin həqiqətən mistik qüvvəyə sahib olduğunu iddia edir. O, deyir ki, güzgülər bizim gözlə görmədiyimiz bütün canlıları əks etdirə bilir. Və güzgülərin sınması, bunun insan taleyinə təsiri də görə bilmədiyimiz varlıqların əməlləridir: "Biz orta planet sistemində yaşayırıq. Bizdən əlavə, aşağı və yuxarı planetlər və onların sakinləri də var. Onları adi gözlə görmək qeyri-mümkündür. Bəzi dini faktlar bu gözəgörünməzləri görmək üçün 6-cı hissin - 3-cü gözün açıq olmasının tələb olunduğunu iddia edirlər. Güzgülərə gəldikdə, isə onlara bizlərdən başqa mövcud olan varlıqlar baxır. Məsələn, cinlər. Onlar güzgülərlə əylənməyi sevirlər. Müxtəlif insanların cildinə düşüb güzgülərə baxmağı çox xoşlayırlar. Bəzən deyirlər ki, güzgülər sınanda bədbəxtlik baş verir, bunu sınayanlar da var. Mən qeyd etməliyəm ki, baş verən bədbəxt hadisələr insanın qədəri deyil, bəd ruhların əməlləridir".
Bəs niyə bəd ruhlar, cinlər, gözlə görmədiyimiz varlıqlar daim insanlara zərər vurmağa çalışır, niyə mükəmməl varlıq sayılan insan bunun qarşısını ala bilmir?
Mütəxəssislərin fikrincə, bəd ruhları qısqandıran hiss insanın mükəmməlliyidir. Ağıl, gözəllik, işgörmə qabiliyyəti və düşüncəyə malik olan insana qısqanclıqla yanaşan bəd ruhlar güclü qüvvəyə malik olduqlarından insanı məhv etmək onlar üçün an məsələsidir.
Bəd ruhlar, gözəgörünməzlər çox zaman yaraşıqlı və gözəl insanların həyatını məhv etməyə can atırlar. Qeyd etdiyim kimi, bu da insana olan həsəd hissindən yaranır. "Çox zaman cinlərin insanlara aşiq olmasından danışırlar. Cinlər də insanlar kimidir. Sevdiklərini heç kəslə paylaşmaq istəmirlər. Bu səbəbdən sevdiklərinin həyatına başqa birisi girmək istəyəndə, çox zaman sevdiklərinə, bəzən isə üçüncü şəxsə zərər vurmağa çalışırlar. Onlardan qorunmaq çox çətindir" deyən müsahibim ən yaxşı halda insanların üzərində iti alətlər, iynə, sancaq gəzdirmələrini məsləhət görür.
Bəzən özümüzdən asılı olmayaraq, saatlarla güzgünün qarşısında dayanıb, üzümüzə, cizgilərimizə diqqət yetiririk. Bu, uzun müddət davam edəndə, istər-istəməz, içimizdə qorxu hissi yaranır. Parapsixoloq bu qorxunun da bəd ruhlar tərəfindən yaradıldığını bildirir. Güzgüdə insan özünə baxarkən, əks tərəfdən ona nəyin baxdığının fərqində olmur. İlk dəqiqələrdə qorxu yaranmasa da, bir müddət sonra bu hiss yaranır. Bu səbəbdən də ən çox gecə saatlarında, hamam otağında uzun müddət güzgüyə baxmaq məsləhət görülmür.
Psixoterapevt İlkram Əliyev isə, bunu xəstəlik adlandırır. Onun fikrincə, ruhən xəstə olan insanlar güzgüdən qorxurlar. O ki, qaldı bədbəxt hadisələrin baş verməsinə, həkimin sözlərinə görə, bu, birbaşa insanın taleyi, qədəri ilə bağlıdır: "Bəzən pasientlər olur ki, güzgüdən qorxduqlarını dilə gətirirlər. Bu, insanda yaranmış psixoloji pozğunluqla əlaqəlidir. Normal bir insan kimi düşünsək, kiçik bir şüşə parçasının bizim həyatımızda axı nə rolu ola bilər? Mənim fikrimcə, güzgü qorxusu hiss edənlər həkimə müraciət etsinlər, məncə, həkimlə ünsiyyəti onları bədbəxt hadisələrdən də müəyyən qədər qorumuş olur".
Güzgünü hardan almalı...
Araşdırmaçılar daima insanlara əntiq güzgülərdən uzaq durmağı məsləhət görüblər. Səbəbi isə bu güzgülərin, yaddaşında çox hadisələri saxlaması ilə izah ediblər. Düşünün, XVIII əsrə aid aldığınız əntiq güzgü, sizə nə kimi müsbət enerji verə bilər? Ölmüş insanların emosiyalarını özündə əks etdirən güzgüləri təmizləmək əsla mümkün deyil. Əgər evinizdə belə güzgü varsa, sadəcə, evdən uzaqlaşdırmağa çalışın. Güzgü alarkən isə, bağlı qutularda olan güzgülərə üstünlük verin, çünki aldığınız güzgüyə ilk öncə, sizin baxmağınız lazımdır. Çalışın ki, heç kəsin güzgüsündən istifadə etməyəsiniz, çünki bu zaman güzgüdə olan mənfi enerji sizə keçər. Və, ən başlıcası ağlayarkən əsla güzgüyə baxmayın. Çünki bu mənfi enerji olaraq, hər zaman sizə ötürüləcək.
Dində güzgü anlayışı...
Yəqin fikir vermisiniz, yas düşən evlərdə yas mərasimləri bitənə qədər güzgülərin üzü örtülür. Bunun mənasını bilirsinizmi?
İlahiyyatçı Səriyyə Sami deyir ki, güzgü, özündə iki həyatı birləşdirdiyi üçün, ruhun güzgüyə keçməməsi səbəbi ilə güzgünün üzü bağlanır: "Deyilənə görə, ruhlar güzgüyə keçə bilir. Ruhun göyə nifuz etməsi üçün güzgülərin qarşısı bağlanılmalıdır. Yoxsa güzgüyə keçən ruh, ona ilk baxan adamın bədəninə girər. Onu da deyim ki, ruh tutan insanlar uzun müddət bundan əziyyət çəkirlər".
Yas mərasiminin 40-cı günündən sonra güzgülərin üzü açılmalı, onların üzünə çəkilən bütün ağlar yuyulmalı, ruhdan təmizlənməlidir.
Mütəxəssislərin düşüncələri hər zaman bu mövzuda müxtəlif olsa da, baş verən hadisələr güzgülərin həqiqətən insan həyatında böyük rol oyandığını sübut edir. Çalışın ki, güzgünüzdə hər zaman üzünüz gülsün.
İradə Azad
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sınmış güzgülər - yarım talelər
27 İyul 2011 09:15
Baxış: 67 327

DİGƏR XƏBƏRLƏR
-
Sosial şəbəkələrdə paylaşılan aparatla 9 santimentrə qədər boy uzadılır? - VİDEO
-
Dövlət Xidmətinin sabiq rəisinə hökm oxundu
-
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
-
"JEK nə xidmət göstərir ki, biz pul ödəyirik?" - Yasamal sakinləri narazıdır
-
"Tarqovu"da qəribə görüntü: hər kəsin gözü önündə... - VİDEO
-
Aytəkin Alxaslı yenə YIXILDI: bu dəfə "hücum"a məruz qaldı - VİDEO
XƏBƏR LENTİ
-
Sosial şəbəkələrdə paylaşılan aparatla 9 santimentrə qədər boy uzadılır? - VİDEO
-
Rusiya-Ermənistan iqtisadi münasibətlərində böyük təhlükə
-
İnsan əbədi yaşaya bilərmi? - Mümkün ola bilər, amma əsas şərt var
-
Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz
-
Sevilən cütlük boşanır? - Qala gecəsinə gəlmədi...
-
Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi
-
Ən uzun batareya ömrünə malik telefon markaları - SİYAHI
-
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
-
“Çəkiliş üçün 20 min manat istəyirəm”
-
12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?
-
Günün qoroskopu: Sağlamlıqla bağlı kiçik narahatlıqları nəzərə alın
-
Qaani sağ imiş
-
Fransa nəhəngi aşağı liqaya yuvarlandı
-
Netanyahu: İsrail "tarixi qələbə" qazanıb
-
Təranənin qızının göz yaşları sel oldu - "Anam azadlığa..." - VİDEO
-
Almaniya klubu Mahir Emrelinin transferini rəsmən açıqladı - FOTO
-
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
-
İran körfəzində gərginlik: Hörmüzdən neft tranziti üçün yeni risklər
-
İran hava məkanını açdı
-
Azərbaycanda ölüm riskli xəstəliklər icbari tibbi sığortaya daxil edilir - VİDEO
-
Binaların tikintisi üçün yeni qaydalar qəbul edildi
-
“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Nazpərinin qəribə hobbisi
-
“Atəşkəs qüvvədə qalır”