İdeal evlilik yaşı neçədir? - Bakı sakinləri cavab verir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Evlilik insan həyatının ən çətin, məsuliyyətli qərar vermə anlarından biridir. Bu qərarın verilməsində aparıcı rol oynayan amillərdən biri də qərar verən şəxsin yaşıdır. Dünyanın əksər ölkələrində evlilik yaşı anlayışı 18 kimi qəbul edilir. Yəni bu yaşda olan istənilən şəxs evlənmək barədə müvafiq dövlət qurumlarına müraciət edə bilər. Amma bu, hələ o demək deyil ki, 18 yaşlı gənc evlilik kimi məsuliyyəti yükün altına girə bilər. Bəs Bakı sakinləri kişiləri evliliyə hansı yaşda hazır görür? Kişilərin ailə qurması üçün ideal yaş neçədir?
"ACT Azerbaijan" bu suallarla Bakı sakinlərinə müraciət edib.
Milli.Az sorğunun nəticələrini təqdim edir.
Rəyi öyrənilmiş paytaxt sakinlərinin bu mövzuda fikirləri bir-birinə çox bənzəyir. Belə ki, xanım respondentlər kişilərin evlənməsi üçün ideal yaş olaraq 27-ni görürlər. Kişilər özləri isə bu yaşın nisbətən az - 26 olmasını istəyirlər.
Bütün yaş qruplarını əhatə edən sorğuda respondentlərin kişilərin evlilik üçün ideal yaş cavabı ortalama 27 yaşa bərabərdir.
Qadınların evlilik üçün yaşı Azərbaycan da daxil olmaqla əksər ölkələrdə mübahisə doğurur. Belə ki, əksər müsəlman və Şərq ölkələrində qadınların nikaha erkən yaşlarda girməsi, Qərb dünyasında isə qadınların 35 yaşdan sonra ailə qurması narahatçılıq yaradır.
Bakı sakinləri isə bu məsələdə ortaq dil tapa bilir. Belə ki, qadınlar zərif cinsin nümayəndələrinin 23, kişilər isə 22 yaşda ailə qurmasının tərəfdarıdır.
Bütün yaş qruplarını əhatə edən sorğuda respondentlərin qadınların evlilik üçün ideal yaş cavabı ortalama 22 yaşa bərabərdir.
Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Asan ev paxlavası dadında şərbətli şirniyyat resepti
-
Tacir Şahmalıoğlu toyda xanımına elə hərəkət etdi ki... - FOTO
-
PSJ - "Arsenal": Heyətlər açıqlandı
-
Xalq artistinin təmtəraqlı yubileyi - VİDEO
-
Arne Slot istefaya göndərildi
-
Qızları Rəvanın toyunda - VİDEO
-
Çempionlar Liqasının finalından öncə kütləvi dava
-
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
-
"AZAL" Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi uçuşları bərpa edib
-
Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
-
Rəvan Qarayevin toyundan görüntülər - FOTO
-
Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlandı
-
DİM məlumat yaydı
-
Qurban Qurbanov qərarını VERDİ
-
Kamilo Duran transferi maliyyə mübahisəsi yaratdı
-
İrandan İsrailə sərt BƏYANAT
-
Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb
-
Siyəzəndə körpü uçdu
-
Ədliyyə Nazirliyi tender elan edib
-
Əməkdar artist vəsiyyətini açıqladı
-
PSJ - Arsenal oyununu bu kanallardan izləyə bilərsiniz
-
Mərkəzi Bank təlim xidmətləri üçün tender elan etdi
-
“Qarabağ” “Beşiktaş”la qarşılaşa bilər





