Cəmiyyət

"Bu xəstələr cəmiyyət üçün təhlükəlidir"

12 İyul 2011 13:46
Baxış: 4 700
Bəzi cinayətlər törədilərkən, caninin ruh halının öyrənilməsi, affekt halında olub-olmaması aydınlaşdırılır. "Ekspress" qəzetinin məlumatına görə, affekt halında işlənilən cinayətlərin cəzasının bir qədər yüngül olduğu da hamıya bəllidir. Bəs nədir affekt halı? Mütəxəsislərin fikrincə, affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Yəni bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur. Onu da deyək ki, bu hal ancaq psixoterapevtin müayinəsi nəticəsində konkretləşdirilə bilər. Yəni hər cinayətkar, cani deyə bilməz ki, "mən affekt halında idim, bu cinayəti işləmişəm".

Anksiyet yunan sözü olub qorxu, emosiya pozğunluğu, affekt mənasını verir. Əvvəllər affekt halının səbəbi bilinməyən emosiya pozğunluğu olduğu düşünülsə də, sonradan bu halın da kökündə qorxunun durduğu məlum oldu. Affekt elə bir emosiya pozğunluğudur ki, emosiyalar, yaşanılan hislər insanın üzünə vurur. Həkim psixoterapevt İlkram Əliyevin sözlərinə görə, affekt halında olanlar gərgin və düşünmədən vuran-öldürən olurlar. "Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü biruzə verir. Ağlın dumanlı olması, ətrafdakı əşyaları bulanıq görmək, çox həssas olmaq, diqqəti toplamaq qabiliyyətinin itirilməsi, yaddaş pozğunluğu, ağlını itirmək, ölüm, fiziki olaraq zərər görmə, hərəkət qabiliyyətini itirmək, başqaları tərəfindən səhv başa düşülmə qorxusu, dəhşət duyğusu affekt halının əlamətləridir".

Ürək döyüntüsünün artması, təngənəfəslik, boğazda qəhər, əzələlərdə spazm və gərginlik, tez yorulma, ağrılar, yuxu pozuntusu, iştahasızlıq, ürək bulanması, qusma, cinsi gücsüzlük, tez boşalma, qaşınma, soyuq və isti tərləmə və s. bu kimi əlamətlər affekt halında olan insanın fizioloji əlamətləridir.

Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə biruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur.

Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal 10 dəqiqədən 1 saata qədər sürə bilər. Ola bilər ki, xəstə ayda iki dəfə bu haldan əziyyət çəksin. İlk tutma gözlənilməyən bir anda ortaya çıxır. İlk tutmadan 1 ay sonra davranış dəyişiklikləri müşahidə edilir.

Affekt xəstələrin heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar.

Həkimin sözlərinə görə, affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotika istifadəçiləri, alkoqol istifadəçilərində özünü daha çox biruzə verir. "Alkoqol və narkotika istifadəçilərinin beyni hər zaman dumanlı olur. Yaş artdıqca isə bu öz mənfi təsirini göstərir. Affekt halına əsasən kişilər düşür. Amma qadınlarda affetk - kəskin ruhi pozğunluğuna rast gəlinir".

Bu xəstəliyin müalicəsinə gəlincə, həmsöhbətim deyir ki, emosiya pozğunluğunun müalicəsi 6 ay çəkir. "6-12 ay ərzində xəstədə sadaladığımz heç bir əlamət özünü göstərmirsə, deməli o artıq sağalır", - deyən həkim affekt xəstələrə daha çox diqqətin ayrılmasının lazımlığını vurğulayıb. "Bu xəstələr cəmiyyət üçün təhlükəlidir. Əgər yaxınlarınızda, tanışlarınızda sadalanan əlamətlərə rast gəlmisinizsə, düşünmədən psixoterapevtə müraciət edin. Unutmayın ki, ruh pozğunluğu uzun sürən əziyyətli bir xəstəlikdir və öz-özünə sağalmır. Onun tam sağalması uzun müddət alır".

Milli.Az
loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.