YARAT Müasir İncəsənət Məkanı və DASSEL Duyğu Zehni İnkişafı Tədris Mərkəzinin təşkilatçılığı ilə valideynləri "Akademiya Monsikov" tərəfindən təşkil olunan "Uşağın düzgün və harmonik inkişafı, fəal sosiallaşma və emosional sabitliyin öyrədilməsi" adlı seminar keçirilib.
Milli.Az bildirir ki, seminar qabaqcıl Rusiya psixoloqu, duyğu zehni üzrə mütəxəssis, "Akademiya Monsikov" layihəsinin müəllifi Viktoriya Şimanskaya tərəfindən aparıldı.
Viktoriya Şimanskaya EQ-factor laboratoriyasının partnyoru olan Reland Qrup Brendmenecment və Brendtexnologiyaların Tədqiqat Mərkəzində duyğu zehninin xüsusiyyətlərini öyrənir, həmçinin bir sıra Rusiya ali təhsil ocaqlarında duyğu zehni üzrə mühazirələrlə çıxış edir.
Seminarda öyrədilənlər:
• uşaqlıq dövründə qeyri-stabil emosiyalar hansı problemlərə gətirib çıxarır;
• uşağa təhsil almaqda necə kömək etməliyik;
• nə etməliyik ki, uşaq az yorulsun və çox nailiyyətlər əldə etsin;
• uşağın motivasiyalarını necə dəstəkləməliyik və müstəqil qərar qəbul etmək fürsətindən məhrum etməməliyik;
• uşağın həyatında fiziki inkişafın rolu nədir;
Həmçinin valideynləri maraqlandıran bütün suallar cavablandırıldı.
Seminar YARAT Müasir İncəsənət Mərkəzində keçirildi.
Milli.Az