Sağlamlıq

"Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" adlı konfrans başladı

24 May 2025 11:30
Baxış: 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Bakıda "Sağlamlığın Qorunması" ictimai birliyinin təşkilatçılığı ilə "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" mövzusunda konfrans başlayıb.

Milli.Az xəbər verir ki, konfransın əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin təşkilatçısı "Sağlamlığın Qorunması" İctimai birliyinin sədri, Azərbaycan Oftalmoloqlar cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdiyevadır.
Qeyd edək ki, konfransın əsas məqsədi piylənmənin profilaktikası, diaqnostikası və müalicəsi sahəsində müasir tibbi yanaşmaları işıqlandırmaqla yanaşı, bu istiqamətdə yerli və beynəlxalq mütəxəssislərin təcrübə mübadiləsinə şərait yaratmaqdır. Tədbirin əsas istiqamətlərindən biri də piylənmənin yaratdığı sağlamlıq fəsadlarına - ürək-damar, endokrin və digər sistem xəstəliklərinə diqqət çəkmək, ictimai maarifləndirməni gücləndirməklə risk faktorlarının azaldılmasına töhfə verməkdir. Tədbir zamanı "Sağlam arıqlama, immunitetin gücləndirilməsi və gənc qalmağın təbii yolları", "Artıq çəki və piylənmə - ürək-damar xəstəliklərinin risk amilləri", "Piylənmə olan uşaqlarda həkim-xəstə münasibətlərinin etik aspektləri", Ölkəmizdə Aşırı Piylənmənin Cərrahi Müalicəsi və keçdiyi yol" və s. mövzuları ətrafında müzakirələr aparılır.

Konfransda Azərbaycanla yanaşı, Türkiyədən də tanınmış mütəxəssislər iştirak edir və öz ölkələrində bu sahədə tətbiq olunan qabaqcıl elmi-praktiki yanaşmaları təqdim ediləcək. Bu, iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq və regional əməkdaşlıq imkanlarını genişləndirmək imkanı yaradacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.